Qırmızı.az
Növbəti il təhsil xərcləri nə qədər proqnozlaşdırılır?
Növbəti il təhsil xərcləri üçün 1711.2 mln manat nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 57.7 mln manat (3.5%), 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 273.5 mln manat (19%) çoxdur.
Publika.az-ın Maliyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, təhsilin maliyyələşməsi üçün nəzərədə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8.1% təşkil edəcək.
Qeyd olunub ki, təhsil üçün ayrılmış vəsaitin 898.3 mln manatı təhsil xərclərini, 525.7 mln manatı təhsil sahəsində digər müəssisə və tədbirlərin, 165.6 mln manatı məktəbəqədər təhsil, 39.2 mln manatı ali təhsil xərcləri, 44.6 mln manat ixtisas təhsil xərclərinin, 44.6 mln manatı orta ixtisas təhsili xərclərinin, 34.3 mln manatı ilk peşə ixtisas təhsili, 3.5 mln manatı əlavə təhsilin maliyyələşməsinə yönəldiləcək.
2015-ci il dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 313.9 mln manatı bir sıra dövlət proqramlarının və təsbirlərinin maliyyələşməsi, ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişi əsasında və adambaşına maliyyələçşmə prinsipinin həyata keçirilməsi üçün 135.4 mln manat, təhsil sisteminin informasiyalaşması üçün 18.8 mln manat, ümumtəhsil məktəblərində pulsuz dərsliklərlə təminat üçün 8.5 mln manat proqnozlaşdırılır.
Təhsil müəssisələrinin təmiri üçün 13.1 mln manat, məktəblərin laboratoriyası üçün 4.5 mln manat, ən yaxşı müəllim və ümumtəhsil məktəbi mükafatı üçün 1 mln manat, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşməsi üçün 1.1 mln manat nəzərdə tutulub. Eləcə də, təhsil müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün 3.5 mln manat, təhsil sahəsindəki islahatlarla bağlı xərclər üçün 117.3 mln proznozlaşdırılır.
Gülxar
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO





































