Qırmızı.az
İctimai Palata “gey-parad“ qalmaqalında – EKSKLÜZİV
Bakıda gey-paradın təşkili və təşkilatçıları ilə bağlı qəribə məlumat yayılıb.
Publika.Az xəbər verir ki, yayılan məlumatda Avropa ölkələrinin səfirləri ilə İctimai Palata (İP) rəhbərlərinin məlum görüşündə əsas müzakirə mövzusunun Bakıda gey-paradın keçirilməsi olduğu bildirilir.
Məlumata görə, Qərb ölkələrinin səfirləri İP-dən mayın 25-də keçirilməsi nəzərdə tutulan gey-parada dəstək istəyiblər. İP isə bu məsələyə "insan haqlarının, Avropa dəyərlərinin qorunması" adı altında dəstək verəcəyini bildirib. Bu layihənin koordinatorluğu Avropa Birliyinin əsas dövləti olan Almaniya tərəfindən aparılıb. Plana görə, müsabiqədə iştirak adı ilə Qərb ölkələrindən Bakıya xüsusi xidmət orqanlarının nümayəndələri gəlməli və onlar mayın 25-də Bakıda İP-lə birlikdə gey-parad keçirməli imişlər.
Məlumatda o da qeyd olunur ki, gey-paradla bağlı Avropa Liberal Partiyası da İP-ə ciddi dəstək vəd edibmiş. Müsavat Partiyası və AXCP uzun müddətdir ki, siyasi ekspert Ərəstun Oruclunun vasitəçiliyi ilə "Nauman Fondu"ndan ciddi maliyyə dəstəyi alır.
Məlumata görə, bu gizli informasiyanı İP rəhbərliyinə daxil olanlardan biri hakimiyyətə çatdırıb. Məsələyə yüksək səviyyədə müdaxilədən sonra Almaniya sözügedən layihənin gerçəkləşdirilməsini dayandırıb və alman nazir " iki ölkənin dostluğu haqqında" məlum açıqlamaları verib. Azərbaycana gözlənilən "turist axınının" olmaması da layihənin icrasının dayandırılması ilə bağlıdır.
Məlumatda bildirilir ki, planın iflasa uğramasından sonra İP bu prosesdən ciddi ziyanla çıxacağından narahatdır. İP-ə yaxın "Azadlıq" və "Yeni Musavat" qəzetlərinin "müsabiqədən sonra ölkədə repressiya dalğası olacaq" məzmunlu təlaşları da bu məsələ ilə bağlıdır.
Qeyd edək ki, yarışmadan sonra bir sıra tanınmış "ifrat liberal dəyərlərin daşıyıcısı olan" müxalifətçilərin Azərbaycanı tərk edəcəyi gözlənilir. Onlara indidən bəzi Qərb ölkələrində "siyasi sığınacaq" təklif edildiyi bildirilir.
Günay
Publika.Az
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?


































