Qırmızı.az
2012-ci ildə nə baş verəcək və ya yeni erada bizi nələr gözləyir? - ARAŞDIRMA
Mayya sivilizasiyası yeni eradan öncə 3000-ci illə yeni eranın 1500-cü illər arasında Mərkəzi Amerika bölgəsində yaşamış bir sivilizasiyadır. Astronomiya elmi ilə çox dərindən məşğul olan mayyalılar bu sahədə məlum olan-olmayan bir çox ilki gerçəkləşdiriblər.
Son illərdə Mayya sivilizasiyası və onların təqvimləri dünya mediasında və sosial şəbəkələrdə geniş müzakirə edilir.
Bunun səbəbi dünyanın sonunun gəlməsi ilə bağlı şübhələrdir. Arxeoloqlar araşdırdıqları Mayya yazılarından əldə etdikləri bəzi məlumatlarda və mayyaların hazırladığı təqvimdə 21 dekabr 2012-ci il tarixi sivilizasiyanın sonu kimi göstərilir.
Daha doğrusu, mayyaların təqvimi məhz bu tarixdə başa çatır. Əslində, araşdırmaçılara görə, həmin tarixdə dünyanın məhv olmasından yox, qlobal dəyişikliklərdən və yerdə yeni eranın başlayacağından xəbər verilir.
Mayya proqnozlarına görə, 22 dekabr 2012-ci il tarixi dünya üçün çox əhəmiyyətlidir. 2012-ci il insanlığın yükləlişinin başlanğıcı olacaq, həmin tarixdə yaşadığımız çağ sona çataraq yeni bir dövr başlayacaq. Mayyaların lövhələrində dünyanın son dövrə qədəm qoyacağı, amma bunun böyük bir tufandan sonra olacağı yazılıb.
Yeni Nuh tüfanı?
Alimlər hesab edirlər ki, baş verən təbii fəlakətlər, kataklizmalar böyük tufanla gələcək yeni dövrün əlamətləridir. Araşdırıldıqca yeni sirləri ortaya çıxan Mayya təqviminə görə, 2012-ci ildə gözlənilən tufan ABŞ-ın şərq və qərb sahillərini sular altına qərq edəcək. “Tufan ili” olaraq qəbul edilən 2012-ci ili tarix boyunca ən cox maraq doğuran ildir.
Hazırda yaşadığımız dövr tarixdə “Beşinci dövr” adlandırılır. Dünyanın sonu da məhz bu dövr ilə əlaqələndirilir. Ehtimallara görə, bəşəriyyət XXI əsrin ilk 12 ilində bir zamanlar yaşanan tufanın bir bənzəri ilə qarşılaşacaq. Ekoloqlar da uzun illərdir maqnit sahəsindəki dəyişmənin böyük təbii fəlakətlərə səbəb olacağına inanır.
Bu fəlakətlərin bir çoxu tarixdə müəyyən periodlarla təkrar olunur, eləcə də tufan. Ekspertər bunun səbəbini dünya əhalisinin son dərəcə artmasında görürlər. Ona görə də, ehtimal edilir ki, gözlənilən tufan insanlıq üçün təsəvvürəgəlməz dərəcədə təhlükəli olacaq.
Fəlakətdən hansı ölkələr zərər çəkəcək?
Proqnozlara görə, Amerikanın şərq və qərb sahilləri boyunca uzanan geniş sahə Atlantik okeanının suları altında qalacaq. Eyni zamanda, Avropanın bir çox sahil əraziləri də bundan zərər çəkəcək. Gözlənilən bir başqa böyük dəyişiklik isə özünü iqlim vasitəsi ilə göstərəcək. Nüfuzlu alimlərdən olan Cayse qütblərin yer dəyişdirəcəyini, beləliklə də, qütb və tropik bölgələrdəki iqlimin kəskin dəyişəcəyini deyir.
XX əsrin sonlarında əldə edilən elmi məlumatlar da buna bənzər bir ssenarini ortaya qoyur. Bütün bu təxminlər bu an yaşadığımız dövrün 21 dekabr 2012 tarixində bitəcəyinə dair Mayya inancı ilə üst-üstə düşür. Yaxşı, o zaman təqvimlərdəki bütün bu sirlər necə məlum oldu?
Mayyalarla bağlı araşdırma aparan ekspertlər öncə onların zaman və təqvim sistemini öyrənməyə çalışdılar. Sonra da bunu bu anda istifadə etdiyimiz Qriqorian təqvimi ilə tutuşdurmağa çalışdılar. Mayya araşdırmaçılarından biri olan Tomsonun tədqiqatları maraqlı nəticələr ortaya çıxardı.
Buna görə Qriqorian təqvimi ilə yeni eradan öncə 13 avqust 3114-cü il tarixinə uyğun gələn “Böyük Dövr”ün 1. 872.000 gün davam etdiyi düşündükdə, bu an yaşadığımız dövrün 22 dekabr 2012-ci il tarixində sona çatacağı ortaya çıxır.
Mayya rahiblərinin inanclarına görə 1.872.000 sayı böyük əhəmiyyət daşıyır. Çünki Yerin öz oxu ətrafında fırlannma sayı bu rəqəmə çatanda dünya böyük bir dəyişiklik yaşayacaq. Deyilənə görə, dünyanın fırlanma sayı artıq bu rəqəmlə uyğunlaşıb.
İnsanlığın yüksəlişi, yoxsa dünyanın sonu?
Mayyalar 2012-ci ilə “zamanın sonu” deyir. Ancaq bu yox olmaq mənasında deyil, böyük dəyişikliklər mənasında deyilir. Mayyalara görə, 2012-ci il insanlığın yükləlişinin başlanğıcı olacaq. Mayya öncəgörücülüyünə görə, 22 dekabr 2012-ci il tarixi dünya üçün çox əhəmiyyətlidir.
Mayyalar deyir ki, indiyədək olmuş 4 dövr də məhz bu cür başa çatıb, qlobal iqlim dəyişikliyi olub, sular artmağa başlayıb. Buna sübut kimi alimlər Şimal Buzlu Okeanın getdikcə əriməsini göstərirlər.
Məhşur “Discovery” kanalında alimlər dünyanın maqnit sahəsinin müəyyən periodlarla necə dəyişdiyini elmi sübutlarla açıqladılar. Hətta bu proses kompüter ekranındakı üç ölçülü animasiyalarla nümayiş etdirildi. Nəticə dəhşətli oldu, dünyanın maqnetik sahəsində böyük bir dəyişmə var. Bunun da ən böyük səbəbi günəşdə meydana gələn dəyişikliklərdir.
Maraqlı orasıdır ki, Mayyalar bunu bilirdi. Onlar həm də bunu bilməklə kifayətlənməyib, gələcəkdə bütün insanlığa təsir edəcək tragediyanı bizlərə şifrəli bir şəkildə çatdırıblar. Bu şifrəyə görə dünya üçün 2012-ci il çox əhəmiyyətlidir.
Ruhi və fiziki dəyişmə eyni anda olacaq
Mayyalar yazır ki, hər bir fiziki dəyişmə həm də ruhi dəyişmə ilə bərabər baş verir. Bu fiziki dəyişmələrlə birlikdə ruhi dəyişmələr də olacaq. Bu vaxta qədər insanlar aşağıya doğru inkişaf yaşayıb. Mövcud olan 4 dövrdə insanlar daha da kobudlaşıb. Birincisində bir az kobudlaşıb, ikincisində bir az da, üçüncüsündə daha çox kobudlaşıb.
Dördüncü dövr sözün tam mənasında iflasa uğrayıb. Buna görə də, 2012-ci il insanlığın yenidən yüksəlişi olacaq - mayyalar belə yazır. Hətta müxtəlif dinlər bundan “Qızıl Dövr”, “vəd edilən cənnət” və ya “Nirvana” kimi bəhs edir. 2012-ci ilin əhəmiyyəti də buradadır.
Vedalara görə, 20120-2014-cü illərdə yeni dövr başlayacaq, süquta uğrayan insanlıq təkrar yüksələcək. Mayyalar da bunun prosesin ilk pilləsinin 2012-ci il olduğunu deyir.
Bildiyimiz qədəri ilə artıq yüksəliş dövrü başlayıb. Bəlkə 2012-ci il bir final ola bilər. Bu bir müddətdir, bir növ sınaq müddəti. Ancaq tufanla qiyaməti bir-birinə qarışdırmamaq lazımdır. Qiyamət ruhi dəyişmə, tufan isə fiziki dəyişmə deməkdir. Qiyamət ruhi mənada ayağa qalxmaq və oyanmaq deməkdir, tufan isə fiziki mənada oyanış və qlobal dəyişikliyə məruz qalmaq deməkdir.
Proqnozlarda səhv ola bilərmi?
Mayyalayarın yaxın gələcəyimizə bağlı proqnozları araşdırılan və qaçınılmaz olduğu söylənən bütün məlumatlarla üst-üstə düşür. Fəlakət haqqında çəkilmiş və həmin dövrdə baş verəcək hər şeyi əks etdirən “The Day After Tomorrow” (“Sabahdan sonra”) filmi barədə bir çoxunuzun məlumatı var. Nümayiş etdiriləndən bəri olduqca çox marağa səbəb olan bu film insanlarda həm də bir qədər qorxu yaradıb.
Sual oluna bilər ki, bu günə qədər Mayyaların hansı proqnozları gerçəkləşib? Hazırda elmi olaraq isbat edilən dünyanın 4 dəfə qütb dəyişməsinə məruz qalmasını mayyalar öncədən deyiblər. Müasir insanlar bunu yeni kəşf etsə də, onlar hələ o zaman bunun fərqində idilər.
Fəlakətin simvolları- Yaquar və Yarasa
Maraqlıdır ki, mayyalarla bağlı bütün bu məlumatlar necə əldə edilib? Bütün bunlar məşhur astrofizik Coterellinin məlumatlarının BBC müxbiri Adrian Gilbertin bir yerə yığması və açıqlaması nəticəsində dünya ictimaiyyətinə çatdırıldı.
Ən əhəmiyyətli tapıntı isə köhnə Mayya şəhəri Palanquedəki “Yazı Məbədi”ndə tapılmış məzar daşının qapağındakı şifrənin açılması oldu. Simmetriya ilə əlaqədar məlumatları araşdıraraq çox əhəmiyyətli nəticələr əldə etdilər.
Qapağın üzərindəki lent motivlərini simmetrik yan-yana qoyulduqda Yaquar və onun üzərində də bir Yarasa simvolunun ortaya çıxdığı aydınlaşdı. Mayyaların gizlətdikləri bu simvolların bir anda meydana çıxması Cotterelini şok etdi. Çünki mayyaların mifoloji yazılarında Yaquar “Beşinci dövr”ü, yəni bizim çağımızı, Yarasa isə ölümü ifadə edirdi.
Qapağın üzərində açıq bir şəkildə görünən "günəş xaçı"nın üzərindəki düymələr isə Günəşin maqnetik şüalarını təmsil edirdi. Bu da mayyaların gizli mesajı idi: “Yaşanacaq tragediyanın səbəbi Günəşdə meydana gələcək olan maqnetik dəyişmələrdir”.
Qəribəsi və düşündürücü olanı odur ki, dünyanın ən nüfuzlu astrofizikləri və elmi institutları Günəşdə aktivliyin gələn ilin sonunda maksimuma çatacağını bildirirlər. Yerdə yeni eranın başlanğıcı möhtəşəm olacaq- alimlər buna təminat verirlər.
Elçin Bayramlı
Publika.Az
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"