Qırmızı.az
Deputat: “Elm və təhsil sahələrini birləşdirməyə ehtiyac yoxdur“ - Mövqe
"Rusiyada Elm və Təhsil Nazirliyi fəaliyyət göstərir. Azərbaycanda isə bu metodun tətbiqinin ciddi nəticələr verəcəyinə inanmıram". Bunu Publika.Az açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Astan Şahverdiyev təhsildə həyata keçirilən islahatlardan danışarkən deyib.
Bu yaxınlarda prezidentin sərəncamı ilə orta məktəblərdə yekun attestat imtahanlarının keçirilməsi Təhsil Nazirliyinin tabeçiliyindən alınaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) verilib. Bundan öncə isə Təhsil Nazirliyinin tabeliyində olan uşaq bağçalarına nəzarət də İcra Hakimiyyətlərinin kurasiyasına keçirilib. İslahatların davam etdiriləcəyi gözlənilir.
Millət vəkili Astan Şahverdiyevin fikrincə, təhsil sahəsi ilə bağlı prezident səviyyəsində vacib islahatlar həyata keçirilsə də, məsələyə məsul qurumlar bu sərəncamlardan irəli gələn qərarları həyata keçirməkdə passivlik göstərirlər: "Son dövrlər təhsilin inkişafı ilə bağlı müxtəlif sərəncamlar imzalanıb. İstər paytaxt, istərsə də əyalət məktəblərində maddi-texniki baza ən yüksək səviyyəyə qaldırılıb. Heydər Əliyev Fondunun rəhbərliyilə yüzlərlə yeni məktəb binası tikilib, istifadəyə verilib. Amma bəzi hallarda müvafiq qurumlar və onlara rəhbərlik edən məmurlar təhsilin keyfiyyət göstəriciləri ilə bağlı problemlərin həllinə laqeyd yanaşırlar. Bu mənada islahatların aparılmasını gündəmə gətirməkdən daha çox, qərarların icrasına nəzarəti təşkil etmək lazımdır. Rusiyada belə bir nümunə var – Elm və Təhsil Nazirliyi fəaliyyət göstərir. Azərbaycanda isə bu metodun ciddi nəticələr verəcəyinə inanmıram. Çünki bu halda Milli Elmlər Akademiyasının əsas səlahiyyətləri əlindən alınmalıdır. Nəzərə alanda ki, bu qurumun çoxillik təcrübəsi var, belə olan halda bu addımın atılması ciddi narazılıqlara yol açacaq".
Azər Niftiyev
Publika.Az
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA














.jpg)


















