Qırmızı.az
“Həmişə ilk baxışdan aldanan sadəlövhəm“ - BEŞMƏRTƏBƏ
Hər dəfə layihə iştirakçısı 5 suala 5 versiyada cavab verəcək. Şərtə görə, cavabda "hə" və ya "yox"variantlarından biri seçilməli, üstəlik, ona mütləq bir cümələlik izah əlavə olunmalıdır.
Layihənin növbəti qonağı İlham Qəhrəmandır.
Dəyişmək istərdinizmi?
1. İllərin sürətini...
- Yox. Öldürmək üçün hələ bu sürət də çoxdu.
2. Çevrənizi...
- Hə. Bəzi simaları.
3. Adınızı...
- Yox. Adımı Laçında tibb bacısı qoyub.
4. Yaşınızı...
- Yox. Mən yaşıma qıymaram, o mənim mülkiyyətimdir!
5. Bədəninizi...
- Yox. Hətta ruhum bədənimlə yola getməsə belə...
Görüşməyi arzulardınızmı?
1. Yadplanetlilərlə...
- Hə. Sadəcə maraq xətrinə, amma o mənə sual verməsin.
2. İlk sevginizlə (ilk sevdiyinizlə)...
- Həm hə, həm yox! Burda fikir haçalanır.
3. Məhəmməd Füzuli ilə...
- Hə. Öz adımdan danışdım, Füzulini deyə bilmərəm...
4. Vanqa nənə ilə...
- Yox. Mənzil başında səni nə gözlədiyini biləndən sonra getməyə
dəyməz.
5. İlk insan olan Adəmlə...
- Hə. Həvvanın xətrinə.
Darıxırsızmı?
1. Uşaqlığınız üçün...
- Hə. Balaca İlham yadıma düşəndə bəzən kövrəlirəm.
2. Uzaq bir yer üçün...
- Hə. Görünür bu insanın içindən gələn dərvişlik hissiylə
bağlıdır.
3. Dünyasını dəyişmiş kimsədən ötrü...
- Hə. Mənə "Dədəm" deyən Həvva mamam (atamın bacısı) üçün!
4. Gələcəyi gözləməkdən...
- Yox. Düzü, gələcək üçün o qədər də optimist deyiləm.
5. Bəzən izahsız...
- Hə. Darıxıb bir yerə gedirəm, bir azdan orda da darıxıram.
Oxuya bilirsizmi?
1. Hər gün kitab...
- Hə, bu sualları alanda alim dostum Məsiağanın tərcümə kitabını
oxuyurdum.
2. Hər səhər qəzet...
- Yox. Yalanı xoşlamıram.
3. Elektron material...
- Hə. Hər gün 3-4 sayta girib həm ölkə, həm də dünya gündəmini
izləyirəm.
4. Mahnı...
- Hə. "Gündən keçdim kölgəyə..."
5. İnsanları üzündən...
- Yox. Mən həmişə ilk baxışdan aldanıram, sadəlövhəm.
İnanırsızmı?
1. Sevdiyinizə yüz faiz...
- Hə. O mənə inandığı qədər.
2. Bəşəriyyətin xoşbəxt gələcəyinə...
- Yox. İzah da vermək istəmirəm.
3. Allaha...
- Hə. O inam hissi olmasaydı, insanın dar məqamında qolundan
yapışan olmazdı.
4. İlk dəfə rastlaşdığınız adamın vədlərinə...
- Hə. Aldanmışam.
5. "Siz hamıdan yaxşı adamsınız" sözünə...
- Yox. Bu, ədəbli söyüşdür!
Publika.Az
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO

















.jpg)



.jpg)










