Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR
Bizi izləyin

İdman

Neymar yenə qalmaqal yaratdı: Bu modeli "bəyənməsi" başına bəla oldu - FOTOLAR

“Santos”un hücumçusu Neymar növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Publika.az xəbər veri ki, braziliyalı futbolçu "İnstaqram" lentində gəzərkən təsadüfən məşhur model və influenser Paulin Tantonun (popstantot) fotosuna “bəyənmə” qoyub. Qadının 4,5 milyon izləyicisi var və futbol ulduzunun bu hərəkətini görməməzlikdən gələ bilməyiblər.

Fransız model 7 mart tarixində paylaşım edib və həmin paylaşım sosial şəbəkə üçün kifayət qədər açıq şəkillərdən ibarət olub.

"Bəyənmə” üzə çıxdıqdan sonra futbolçu dərhal onuu geri çəkib və bu sözləri yazıb:

“Bu, təsadüfi bir “bəyənmə” idi, hətta onu görmədim, dostlar xəbər verdi. Mənimlə maraqlananlar bilir ki, mən qadınların fotolarına demək olar ki, heç vaxt “bəyənmə” qoymuram, məhz belə hallardan qaçmaq üçün! Bu günlərdə insanların "İnstaqram" “bəyənmələri"nə reaksiyası çox sağlam deyil! Təəccüblüdür ki, bu platforma məhz bu məqsəd üçün yaradılıb”.

Məlumdur ki, Neymar hazırda Bruna Biankardi ilə münasibətdədir. Söz-söhbətlərin yayılmasına səbəb Neymarın Paulin Tanto ilə 2017-ci ildən tanış olmalarıdır. O zaman hücumçu PSJ-də çıxış edirdi. Paulin bacısı Matilda ilə birlikdə futbolçunun Parisdəki bir neçə tədbirində iştirak edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm