Bakıda yanan bina ilə bağlı rəsmi məlumat
Bizi izləyin

Qırmızı.az

Bakıda yanan bina ilə bağlı rəsmi məlumat

Bakıda yanan bina ilə bağlı rəsmi məlumat

Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.


Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.


Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: “Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.

Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm