Paytaxtın 6 rayonunda suyun verilməsində qrafik dəyişdi
Bizi izləyin

Qırmızı.az

Paytaxtın 6 rayonunda suyun verilməsində qrafik dəyişdi

Kür-Bakı magistral su kəmərlərinin birinin qəzalı vəziyyətdə olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakı şəhərinə verilən içməli suyun həcmi azaldılıb.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.Az-a verilən məlumata görə, bununla əlaqədar martın 1-dən 5-dək Yasamal, Binəqədi, Nərimanov, Nizami, Xətai və Qaradağ rayonlarının 24 saat fasiləsiz su ilə təmin olunan bəzi yerlərində içməli suyun verilməsi səhər və axşam olmaqla qrafik rejimə keçiriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm