Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında piket keçiriblər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Londonda yaşayan azərbaycanlılar Ermənistan səfirliyi qarşısında piket keçiriblər - FOTOLAR

Londonda yaşayan bir qrup azərbaycanlı və beynəlxalq hüququn dəstəkçiləri bir araya gələrək iki günahsız mülki azərbaycanlının 20 ildən artıqdır ki, Ermənistan işğalı altında olan öz dogma Kəlbəcər rayonlarında girov götürülməsinə qarşı etiraz piketi keçiriblər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Publika.az-a verilən məlumata görə, Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz piketində iştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu xatırladıb, 54 yaşlı Dilqəm Əsgərov və 46 yaşlı Şahbaz Quliyev üçün ədalət tələb ediblər.

Girovluqda olan iki azərbaycanlı 2014-cü il iyun ayında öz doğmalarının məzarlarını ziyarət edərkən erməni qüvvələri tərəfindən əsir götürülüblər, 38 yaşlı Həsən Həsənov isə öldürülüb. Həmin ilin dekabr ayında qondarma məhkəmə Dilqəmi ömürlük, Şahbazı isə 22 il həbs cəzasına məhkum edib.

Avropa Azərbaycan Cəmiyyətinin Böyük Britaniya ofisinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Cek Peqoraro Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib ki, azərbaycanlı girovlar onların torpağını işğal edən qüvvələrin qondarma məhkəməsi tərəfindən mühakimə olunublar: "Onların yaşını diqqətə alsaq, bu insanların öz doğmalarının qəbirlərini ziyarət etməkdən başqa bir niyyətlə ora getdiklərini düşünmək cəfəngiyat olar. Biz burada bu şəxslərin dərhal azad edilməsini və Ermənistan qüvvələrinin işğal etdikləri ərazilərdən geri çəkilməsini tələb etmək üçün toplaşmışıq.

Qeyd edilən şəxslərin mühakimə və həbs edilməsi Avropa İnsan Hüquqları Konvensiyasını, Beynəlxalq Humanitar Hüququ, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasını pozur və Ermənistanın Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən yayınması deməkdir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland Dilqəm Əsgərov və Şahbuz Quliyevin dərhal azad edilməsini tələb edib. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini sözügedən girovların mülki şəxs olduğunu nəzərə alaraq, bu qeyri-qanuni aktı pisləyib.

Bu şəxslərin tutulması və “mühakimə edilməsi” beynəlxalq hüquq prinsiplərinə ziddir. 20 ildən artıqdır ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamaqda davam edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq, bu işğal bu günə qədər davam edir. İşğalçı erməni qüvvələri tərəfindən azərbaycanlıların öz əzəli torpaqlarında girov götürülməsi qərarı Ermənistanın davam etməkdə olan qeyri-konstruktiv mövqeyinin göstəricisidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm