Qırmızı.az
Bakıda ancaq ağ rəngli taksilər olacaq
Birinci Avropa Oyunları ərəfəsində paytaxtın mərkəzində ancaq ağ rəngli taksilərin hərəkətinə icazə veriləcək.
Bunu Publika.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.
Onun sözlərinə görə, ağ taksilər yalnız oyunlar ərəfəsi fəaliyyət göstərəcək:
“İyunun birindən 1000 ədəd ağ taksi şəhərin mərkəzinə cəlb ediləcək. Bunun üçün əlavə taksi gətirməyə ehtiyac olmayacaq. Hazırda mövcud taksilərdən istifadə ediləcək. Bundan başqa, fiziki şəxslərdən də müvəqqəti alına bilər. Əlavə sürücü cəlb etməyə ehtiyac olmayacaq.
Şəhərin mərkəzində müxtəlif rəngli, köhnə maşınlardan taksi kimi istifadə edilir. Lakin oyunlar ərəfəsi buna məhdudiyyət olacaq. Rəngli taksilər paytaxtın kənar ərazilərində istifadə edilə bilər.
Bu taksilərin də sürücülərinin geyim formasında dəyişiklik olacaq. Onlara da vahid geyim forması tətbiq ediləcək”.
Ə.Cəfərovun sözlərinə görə, əvvəl gətirilmiş London taksilərinin paytaxtın mərkəzində hərəkətinə heç bir məhdudiyyət olmayacaq.
Gülxar
-
İKT18:48İnsanı kentavr halına gətirən robot hazırlandı - Video
-
Magazin117:40Rəqsanənin Gəncədəki konserti ləğv olundu
-
Hadisə17:35Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar belə xilas edildi - Video
-
Yaxın Şərq17:30İsrailə yeni raket hücumları başladı
-
Hadisə17:0060 əcnəbi İrandan Azərbaycana təxliyə olundu
-
Ekologiya16:40Hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto
-
ABŞ14:35Tramp Obamanın İran siyasətini belə ələ saldı - Foto































