Qırmızı.az
Azərbaycanda işləyənlərin sayı 3 milyonu keçdi
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib.
2015-ci il may ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığortaolunana fərdi şəxsi hesab açılıb. Fondun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92 faiz artıb.
Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 063 167 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 810 275 nəfər) kişi, 40,9 faizi (1 252 892 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,74 faizini (757 931 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,73 faizini (665 662 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,77 faizini (636 352 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16 faizini (648 085 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,60 faizini (355 137 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot – Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Gülnar Əliyeva
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu
-
Nəqliyyat10 Aprel 19:30Taksilərlə bağlı qaydalar dəyişdi? - AYNA-dan açıqlama
-
Nida Xəbər 10 Aprel 16:34Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilir








.jpg)



























