Qırmızı.az
Təhlükəli zonalar: Xəzər dənizi, Şamaxı-İsmayıllı...
“Yanvar ayının 1-dən mayın 14-nə qədər ölkənin seysmoloji stansiyaları tərəfindən 3660 təkan qeydə alınıb”.
Bunu Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, qeydə alınan təkanların 1700-ü Azərbaycan daxilində baş verən zəlzələdir. Qalan təkanların 1220-i həmsərhəd, 740-ı kənar ölkələrdə baş verənlərdir.
Q.Yetirmişli ölkənin ən aktiv seysmogen bölgələri barədə də məlumat verdi.
“May ayının 4-dən 12-dək Şamaxı, İsmayıllı, Talış zonasında, İranın şimal-qərb hissəsi, Naxçıvanın cənub hissəsinə doğru ən çox aktivləşmə qeydə alınıb. Azərbaycan seysmogen ərazidə yerləşdiyinə görə, elə bir gün yoxdur ki, təkan qeydə alınmasın. Ancaq bölgələr üzrə müqayisə etdikdə Xəzər dənizi, Şamaxı-İsmayıllı zonası, ölkənin şimal-qərb hissəsi, Talış zonası ən aktiv zonalar hesab edilir”.
O, son günlər ölkə ərazisində müşahidə olunan aktivliyin güclü zəlzələnin xəbərçisi olmasına da aydınlıq gətirib:
“Hələ ki, qısamüddətli proqnoz vermək mümkün deyil. Lakin bəzi ərazilərdə aparılan müşahidələr zamanı aktivləşmə qeydə alıb, zəlzələ olacağını müəyyən edə bilirik. Yalnız xırda təkanlar deyil, həmçinin geofiziki araşdırmalar nəticəsində yekun rəy vermək olur. Bəzən xırda təkanlardan sonra vəziyyət fon səviyyəsinə düşür. Yaxud da güclü aktivləşmədən birdən güclü təkan ola bilir. Bir neçə dəfə zonanın təhlükəsi və aktivləşmə nəzərə alınaraq güclü zəlzələ olacağını müəyyən etmişik. Lakin yaxın zamanda ölkə ərazisində güclü zəlzələ gözlənilmir. Aktivlik var, lakin bu təkanlar zamanı yalnız enerji boşalması müşahidə edirik”.
Gülxar
-
Sosial03:43Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - Video
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə uğur gətirəcək
-
Elm və təhsil17 Aprel 22:18Azərbaycanda yeni ixtisas - Qəbul prosesi necə olacaq?
-
ABŞ17 Aprel 21:39Bu həftəsonu nə baş verəcək? - Tramp açıqladı
-
Kriminal17 Aprel 20:36Gəncədə məktəblini qətlə yetirən şəxsə höküm oxundu
-
Ekologiya17 Aprel 20:00Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən etibarən...
-
Sosial17 Aprel 19:10Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
-
Rəsmi xronika17 Aprel 17:22Buraxılış imtahanının nəticələri elan olundu








.jpg)





.jpg)


.webp)
















