Qırmızı.az
Lənkəranda qəzalı körpünün təmiri başa çatdı - FOTOLAR
Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən və qəzalı vəziyyətə düşmüş körpü “Azəryolservis” ASC tərəfindən qısa müddət ərzində bərpa edilərək, yenidən sürücülərin ixtiyarına verilib.
“Azəryolservis”ASC-dən Publika.az-a verilən
məlumata görə, aparılmış əsaslı təmir-bərpa işləri nəticəsində
körpünün dayaqları və dayaqüstü tirlər istisna olmaqla, aşırım
tirləri yenilənib, körpüdə yeni seysmik sütunlar quraşdırılıb,
yolun hərəkət hissəsinə monolit dəmir-beton üzlük döşənib,
təkərqaytaranlar düzəldilib, dəmir mühəccərlər yenilənib, körpüyə
giriş hisslərdə 6 metr uzunluğunda dəmir-beton plitələr tikilib.
Bundan başqa körpünün ümumi eni 9 metrdən 11 metrə çatdırılıb.
Nəticədə körpünün hərəkət hissəsinin eni 8 metr olub.
Xatırladaq ki, cari ilin may ayının 13-də Lənkəran rayonunun
Liman şəhəri ərazisində Boladiçay çayı üzərində yerləşən körpüdə
ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 3 ədəd aşırım
tiri sınmışdı. Nəticədə körpü qəzalı vəziyyətə düşmüşdü və
nəqliyyatın hərəkəti burda tam məhdudlaşdırılmışdı. Körpü üzərində
nəqliyyatın hərəkətinin intensivliyini nəzərə alan Nəqliyyat
Nazirliyi “Azəryolservis” ASC baş vermiş hadisəyə operativ şəkildə
reaksiya verərək, nəqliyyat vasitələrinin rahat və maneəsiz
hərəkəti üçün ərazidə 2 ayrı alternativ yol açaraq, körpü üzərində
əsaslı təmir-bərpa işlərinə başlamışdı. İşlər Nəqliyyat naziri Ziya
Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında
aparılırdı.
Qeyd edək ki, körpü 1961-ci ildə inşa edilib. 3 aşırımdan ibarət,
ümumi uzunluğu 50 metr olan körpünün hərəkət hissəsinin eni isə 7
metr idi.
Gülxar
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO










.jpg)




.jpg)


















