Qırmızı.az
Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.
İyunun 24-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qazax şəhərindəki Şahmat Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.
Qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
-
MDB15:38Rusiyadan növbəti nüvə təhdidi: "Səbrimiz sonsuz deyil!"
-
Magazin114:27Roza Zərgərli: Onlar mənim simamda Azərbaycan mədəniyyətini salamlayırlar
-
MDB14:00Ukrayna Kurtovkanı belə itirdi - VİDEO
-
Magazin213:25Uşağını qucağına götürən müğənni xəstəxanalıq oldu - FOTOLAR
-
Ekologiya12:42Sabahın hava proqnozu açıqlandı
-
Yaxın Şərq12:08İranın Xark adasında partlayışlar eşidilir
-
İdman11:00Günün oyunları - AFİŞA
-
MDB09:38Ukraynanın metallurgiya zavodları vuruldu
















.png)

















