Qoroskop
Astroloji proqnoz - 25 oktyabr
Qoç - yarımçıq qalmış işləri başa vurun. Bu gün
bir neçə təklif ala bilərsiniz. Aldanmayın, həmin təkliflər ciddi
deyil. Yaxın günlərdə sayı çox olacaq ideyaların
dəyərləndirilməsinə ehtiyac duyulacağını bilin.
Ünsiyyətdə səbrli və təmkinli olun, çərçivəni daraldın. Gələcəyiniz
üçün önəmli görüşü müəyyənləşdirib fəallıq edin.
Tərəfdaş və ya şəriklə münasibətlərdə yeni məqamlar yaranır. Həssas
olun, unudulmasına ehtiyac duyulan "xatirə"ni qabartmayın,
əməkdaşlığın daha məhsuldar variantını arayın.
Buğa - hər şey plana uyğundur və nizamı
pozmamaq üçün yaşam axarına aktiv müdaxilə etməyin. Ünsiyyət,
danışıqlar və yazışmalarda önəmli məqamlar yaranacaq.
Kollektiv və ya sizinlə həmfikir olan insanlar yeni işə başlamaq
üçün təkan verəcəklər.
Tələsməyin, yeni plan hazırlayın. Yenilikləri yalnız təbii məcrada
inkişaf edən hadisələrin təsiri altında reallaşdırın.
Eyni vaxtda bir neçə işlə məşğul olmağınız gərəkdir.
Əkizlər - işlə bağlı məsələlərin, o cümlədən
çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız
çox kəsərli və iti olacaq.
Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli
planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın,
sadəlövh addımlar atmayın.
Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu
alınacaq.
Xərçəng - hisslər və hissiyat günüdür.
İntuisiyanızı işə salın, yaşamınızdakı qəfil dəyişiklikləri
anlamağa çalışın.
Bu yeniliklərin perspektivdə işlərə təsir miqyasını dəyərləndirməyə
cəhd göstərin. Gərgin təmaslar, emosiyalı ünsiyyət, xoşagəlməz
hadisələr anlaşılmazlıq yarada bilər. Amma bütün bunlarla yanaşı,
fikirlərinizi dürüst istiqamətə yönəldin və problemləri tədricən
həll edin.
Yeni simalar görmək üçün müxtəlif yerlərdə olun. İnformasiya
arayırsınız, amma sırf praktik məqamlarla maraqlanın.
Şir - sizin gününüzdür. Proseslərin tempini siz
müəyyənləşdirirsiniz. Yaxın ətrafınızdakı insanlar da o axına
riayət etmək məcburiyyətində qalırlar.
İstənilən situasiyada aktiv hərəkət etmək bacarığına malik olun.
İşgüzar məsələlərin müzakirəsində, tapşırıq və ya sifarişin qəbul
olunmasında təfərrüatlara, şərtlərə və vədlərə fikir verin.
Laqeyd olmayın.
Qız - son vaxtlar işlərinizə dəfələrlə müdaxilə
edən, planlarınızı pozmağa çalışan xoşagəlməz insanla
qarşılaşacaqsınız. Təbii ki, belə görüş sizdə ruh yüksəkliyi
yaratmayacaq.
Qıcıq və sinirin öhdəsindən gəlməyə, batininizdəki müvazinəti bərpa
etməyə vaxt gərəkdir.
Günün ikinci yarısında problemlə qarşılaşa bilərsiniz.
Eksperimentlər və sınaqlar vaxtı deyil, sınanmış metodlardan
istifadə edin.
Yorucu, ağır iş görməyin. Orqanizminizi sınağa çəkməyin.
Tərəzi - həyatınızda önəmli hadisə baş verir.
Aktiv olun, yeni ideyaları saf-çürük edərək konkret addımlar
atın.
Dərhal hansısa məkana yollanmaq və mühüm söhbət etməklə bağlı
intuisiyanız sizə xəbərdarlıq edirsə, planları dəyişin.
Yazışmalarda ləng olmayın.
Daxili gərginlikdən qurtulmaq, hansısa məsələdə müəyyənliyə nail
olmaq imkanları var. Sizi narahat edən suala cavab alacaqsınız.
Bəzi məqamlar kökündən dəyişəcək. Bütün imkan və əlaqələrdən
yararlanaraq irəliləyin.
Əqrəb - seçdiyiniz yolun nə qədər doğru
olduğunu bu gün aydın hiss edəcəksiniz. Perspektivləriniz üçün
böyük önəm daşıya biləcək işlərdə aktiv iştirak edin. Əks təqdirdə
bədxahlarınızın başladığı intriqaya qatılmalı olacaqsınız.
Yeni qərarlarınızı açıqlamayın. Əksər hissəsini yerinə yetirdiyiniz
işlərin bitdiyini iş yoldaşınız, şərikiniz və ya rəhbərliyə
bildirin.
Tələbləriniz və ya ehtimallarınızın yaratdığı suallara cavab
alacaqsınız.
Oxatan -sadə gün deyil. Yeni işlərə başlamaq,
layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman
deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin.
İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.
Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə
qapılmayın.
Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.
Oğlaq - məqsədə aparan yolda səd və maneələr az
olmayacaq. Amma səbrli, təmkinli davranaraq yaşam prinsiplərinizə
sədaqətli qalsanız, çətinlikləri dəf edə bilərsiniz. Yeni işlər və
ya riskli əməliyyatlarda iştirak maliyyə imkanlarınıza zərbə vura
bilər. Praktiki, istehsala yönəlmiş fəaliyyət əhəmiyyətli nəticələr
verəcək. Mübahisələrə qatılmayın. Dartışmalarda və fikir
toqquşmalarında üstün gəlmək praktiki olaraq mümkün deyil. Belə
qələbənin xeyri də yoxdur.
Günün ikinci yarısında məişət problemləri ön plana çıxacaq.
Rahatlığın və yaşam arealının komfortunun təminatı xərc tələb
edəcək.
Dolça - mühüm məsələlərin həlli üçün uğurlu
gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə
başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik
məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv
çalışmağa sövq edin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Lakin
narahat olmayın: problemlər müvəqqətidir. Situasiya az sonra
stabilləşəcək.
Axşam saatları normal istirahət edin.
Balıqlar - günün maraqları, şərtləri və
qayğıları sizdən aktiv, hətta həddən ziyadə aktiv davranış tələb
edir. Sizi bir an da boş buraxmaq istəmirlər: çox adama gərəksiniz.
Kiməsə yardım edəcəksinizsə və ya artıq edibsinizsə, minnətdarlıq
gözləməyin. Tanıdığınız insanlar indi öz şəxsi məsələlərinin həlli
ilə məşğuldurlar.
Tanışlar və həmkarlar problemlərin həllində kreativ yanaşma nümayiş
etdirirlər.
İnformasiya, yazışma, planların dəqiqləşdirilməsi üçün yaxşı
vaxtdır.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır