Qoroskop
Astroloji proqnoz - 24 noyabr
Qoç - Ciddi sarsıntı gözlənilmir. Çətinliklər
yalnız axşam yarana bilər. Bu isə əsasən enerjinizin azalması ilə
əlaqədardır. Diqqətinizi cəmləşdirə bilmir, tez-tez səhvlər edir,
vacib məqamları nəzərdən qaçırırsınız. Mürəkkəb hesabatların, smeta
və texniki sənədlərin tərtibi məsləhət bilinmir.
Yaxınlarınız sizi dəstəkləməyə, ideyalarınızın yerinə
yetirilməsində kömək etməyə hazırdırlar. Bircə şeyin öhdəsindən
gələ bilmirlər - bədbinliyiniz getdikcə artır.
Buğa - Günün birinci yarısında həyəcanlanmaq
üçün xeyli səbəb yaranacaq. Bunların sırasında müəyyən xəbərlərin
alınması, işdə xırda anlaşılmazlıqlar, həmçinin yaxınlarınızla
aranızdakı fikir ayrılıqları çoxluq təşkil edəcək. Ancaq günorta
alacağınız xəbər şəraitə başqa nöqteyi-nəzərdən yanaşmağınıza imkan
verəcək və siz anlayacaqsınız ki, doğrudan da, narahat olmaq üçün
heç bir əsas yox imiş.
Sizi bu yaxınlarda incidən, yaxud təşəbbüslərinizi
qiymətləndirməyən insanlar öz səhvlərini etiraf edərək üzr istəməyə
hazırdırlar. Kinlilik göstərməyə dəyməz, ancaq sağlam düşüncəni də
əldən verməyin: tövbə eləyənlərin heç də hamısı səmimi deyil.
Əkizlər - Nəzərə almaq lazımdır ki, yalnız
güclə yox, hiyləgərliklə qələbə qazanmaq olar. Nəzakət və taktika
da artıq olmayacaq.
Maliyyə vəziyyəti yaxşı deyil, düşünülməmiş xərclərdən çəkinmək
lazımdır. Pul üstündə mübahisələr mümkündür: ümumi resurslardan
istifadə barədə razılığa gəlmək olmur. Maraqlı tanışlıqlar çox olsa
da, bunların heç biri ciddi münasibətlərə rəvac vermir.
Xərçəng - Günün birinci yarısı əsl sınaq
dövrüdür. Situasiyanı nəzarətdə saxlamaq çətin olacaq, üstəlik, öz
emosiyalarınızı da yığıb-yığışdıra bilməyəcəksiniz. Düşünülməmiş
qərarlar verməyə və düşünülməmiş hərəkətlər etməyə meyllisiniz. Bu,
xeyli macəra yaşamağınıza imkan yaradır, amma bunların heç də
hamısı xoş olmayacaq.
Axşam daha yaxşı keçəcək, hər halda özünüzü daha sakit və əmin hiss
edəcəksiniz. Vacib, sizə nikbinlik gətirən məlumat ala bilərsiniz.
Şəxsi və işgüzar xarakterli maraqlı təkliflər ala bilərsiniz.
Şir - Gərgin, birmənalı olmayan gündür,
hadisələrdən baş açmaq çətindir, onların nəticəsini təxmin eləmək
isə bundan da qəlizdir. Əminsiniz ki, hər şey əla bitəcək, amma
gözləntilərinizin reallıqla uzlaşıb-uzlaşmadığını düşünməyə
ərinirsiniz.
Danışıqlar apara bilərsiniz, amma bir az diqqətli olun, yerinə
yetirməyəcəyinizi bilə-bilə vədlər verirsiniz. Hüquq-mühafizə
orqanlarının əməkdaşları ilə təmaslar məsləhət deyil. Maliyyə
işlərinizi qaydaya salın, əgər borclarınız varsa, hamısını
qaytarmağa çalışın.
Qız - Maraqsız gündür. Ciddi münaqişələr
yoxdur, ancaq ətrafınızdakılardan (həm işdə, həm şəxsi
münasibətlərdə olduqlarınızla) narazılığınız artır. Hələlik özünüzü
birtəhər ələ ala bilirsiniz, amma fitil alışıb və partlayış da
qaçılmazdır. Müstəqil yerinə yetirə biləcəyiniz işlərdən yapışın.
Təhsil üçün münasib gündür, məlumatı yaxşı qavrayırsınız, ancaq
müəllim axtarışı elə də asan olmaya bilər.
Sükan arxasında səfərlərdən çəkinin, yolda xoşagəlməz hadisələrlə
qarşılaşa bilərsiniz. Enerjiniz azdır, halsızlıq mümkündür.
Tərəzi - Günün emosional fonu xoş deyil, çoxları depressiyaya meyl edirlər. Yaşlı qohumlarınızla, rəhbərliklə münasibətlərdə çətinlik yarana bilər. Uşaqlar və yeniyetmələr üsyana qalxır, müstəqil qərar vermək hüquqlarını müdafiə edirlər. Vacib məsələləri kimsədən kömək ummadan, təkbaşına həll etmək gərəkdir.
Əqrəb - Gün ümumilikdə yaxşı keçəcək. Müsbət
tendensiyaların təsiri güclüdür, böyük qələbələr qazanacağınızı
hiss edirsiniz və bu, doğrudan da, belədir. İşgüzarlığınız artıb.
Odur ki, rəqiblərinizin gücü çatmayan işlərin öhdəsindən əla
gəlirsiniz. Təhlükə bundadır ki, vacib qərarlar verərkən tələsir,
heç kimlə məsləhətləşmirsiniz.
Axşam həyati potensialınız azalacaq, yorulduğunuzu hiss
edəcəksiniz. Bundan başqa, əsəbi və hövsələsiz olursunuz. Ailədə
mübahisələr mümkündür.
Oxatan - Neytral gündür. Vaxtınızı sərf
etdiyiniz işlər əhəmiyyətsiz, əldə etdiyiniz uğurlarınız isə
solğundur. Yaradıcı potensialınız aşağı səviyyədədir və yaxşı ideya
sarıdan korluq çəkirsiniz. Xoşbəxtlikdən, dostlarınız vaxtında və
gözəl təkliflərlə kefinizi açacaqlar. Onların təklifini qəbul edə
bilərsiniz.
Yaşlı nəslin nümayəndələrinin məsləhətlərini sərbəstliyinizə
sui-qəsd kimi qəbul etdiyinizdən aranızda mübahisə yarana bilər.
Sərt iradlar söyləməyin, öz mövqeyinizi sakitcə müdafiə edin: incə
kinayə effektiv silaha çevrilə bilər.
Oğlaq - Yaxşı gün deyil. Emosiya və ötəri
həvəslərinizə böyük önəm verir, sağlam düşüncənin dediklərini isə
saya salmırsınız. Gərəksiz xərclərlə itkilər mümkündür. Peşəkar
karyeranızın birbaşa asılı olduğu insanla aranızda münaqişə
mümkündür.
Tənqidə sərt reaksiya verir, yaxınlarınızın istənilən məsləhət və
təklifinə qarşı çıxırsınız. Ətrafınızdakıların aramsız olaraq
xətrinə dəyməyinizə baxmayaraq, təklikdə qalmaq da istəmirsiniz.
Sizə hakim olan təzadlı istəklər onsuz da çətin olan günü daha da
qəlizləşdirir.
Dolça - Ağlınızı başınıza toplayıb, məntiqə
əsaslanmayınca bütün işləriniz korlanacaq. Emosiyalara nə qədər çox
qapılsanız, hadisələrin axarı bir o qədər sizi məyus edəcək. İş
görüşləri pis keçir, danışıqlarda öz mövqeyinizi, maraqlarınızı
qoruya bilmirsiniz. Bir çox Dolçalar sonra peşman olacaqları
güzəştlərə getməli olacaqlar.
Köçmək, inşaata başlamaq, daşınmaz əmlakın alınması, yaxud
icarəsiylə bağlı sövdələr bağlamaq olar. Yeni həyata başlamaq
istəyən Dolçalar bu gün arzularına çatacaqlar.
Balıqlar - Günün ilk yarısı xoş keçəcək. Həmin
dövrdən həm işgüzar, həm də şəxsi məqsədlər üçün istifadə etmək
olar - vacib qələbələr qazana bilərsiniz. Amma təəssüf ki, vaxt
keçdikcə şərait çətinləşir. Günün ortasında əhvalınız korlanacaq,
enerjiniz azalacaq. Bu vaxt tənqidə xüsusilə dözümünüz
olmayacaq.
Qadınlarla münasibətləriniz yaxşı deyil, hərdən boş şeylər üstündə
mübahisəniz düşür. Məişət problemlərinin həllində çətinlik
çəkirsiniz. Eksperimentlər, risk etmək, ənənələri pozmaq məsləhət
deyil.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO