Qoroskop
Astroloji proqnoz - 28 iyul
Qoç - uğurlu, sakit, əlverişli gündür. Mühüm
məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın.
İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə
əlverişli anı və şansı əldən verə bilərsiniz.
Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi
münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib
zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu
anlamağa çalışın.
Kobudluq münasibətləri korlaya bilər.
Buğa - yarımçıq işləri bitirməyincə yeni işlərə
başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli
zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı
insanlar təşəbbüskar olmağınıza adət ediblər.
Çətin situasiyada lider olun.
Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə
işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər
istisna deyil.
Əkizlər - kollektiv fəaliyyətin daha çox nəticə
verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü təcrid
olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli insanın
məsləhətlərindən yararlanın.
Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər
etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin.
Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar
müvəqqətidir.
Axşam saatlarında gəzintiyə çıxın.
Xərçəng - gərgin, mürəkkəb gündür. Səbr kasanız
asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız,
bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara
inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan
verməyin.
Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək
qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə
bilər.
Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində
saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski
var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq
məcburiyyətindəsiniz.
Şir - səhər saatlarından etibarən əhvalınız pis
olmayacaq. Potensialınıza və qüvvənizə güvənin. Görəcəyiniz işin
incəliklərini anlayın, detallarını ayırd edin.
Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri
sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin.
Məişət qayğıları artacaq. Problemlərin sayı artır.
Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə
salın.
Qız - problemlərin sayı artır. Təcili görülməsi
gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək
fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və
istəklərinizdə reallıq hissini itirməyin.
Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla,
onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq
ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini
görməyi bacarın.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - daha enerjili, aktiv olun. Süstlüyə
qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Özünüzə
qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz. Tənhalıqda
özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.
Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə
ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.
Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə
həsr edin.
Əqrəb - çoxdan bəri başa vurmaq istədiyiniz işi
bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər
lehinizədir. Perspektiv layihəyə başlamaq olar. Özünüzdən bədgüman
olmayın ki, qarşınızda duran öhdəlik və tapşırıqları gerçəkləşdirə
biləsiniz.
Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş
qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə
aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha
effektivdir.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - pis gün deyil, amma ehtiyatı əldən
verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları aradan
qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə qapılmayın.
Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi
fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən
artıq olmamalıdır.
Axşam saatlarında səhhətinizə fikir verin.
Oğlaq - maraqlı, hadisələrlə zəngin gündür.
Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli
davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail
olacaqsınız.
Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin
yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər
istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini
daha çeşidli edin.
Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin.
Ailənizə daha çox vaxt ayırın.
Dolça - günün ilk yarısı pozitiv emosiyalar vəd
edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək. Situasiyanın
əlverişli olması gərəkli insanlarla əlaqələri asanlıqla yaratmağa
imkan verəcək. Cari problemlərin həllində hövsələli olun.
Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin
vədlərə aldanmayın. Mübhəmləri bölüşməyə tələsməyin. Qarşı tərəfin
fikir və istəklərini qulaqardına vurmayın.
Balıqlar - günün ilk yarısından etibarən
kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız,
işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza
şübhə etməyin.
Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ
bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət
qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin.
Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real
dəyərləndirin (Milli.Az).
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO