Qoroskop
Astroloji proqnoz - 29 iyul
Qoç - mobil, kreativ və məqsədyönlü olun. Bir
çox məsələləri dərhal həll etmək olar. Bir sıra məsələlər təcili
həllini tələb edir. Amma tələskənlik etməyin. Yüz ölçüb, bir biçin.
İşdə qaydalara və tələblərə riayət edin.
Günün ikinci yarısında rutin işləri sonuclandırın. Yarımçıq, tam
anlamadığınız məsələlərin həllində məsləhətlərdən yararlana
bilərsiniz.
Yaşlı qohumlardan biri ilə ünsiyyətdə çətinliklər yaranacaq. Bir
qədər mülayim, üzüyola olun.
Buğa - rəqiblər və bədxahlar üzərində qələbə
çala bilərsiniz. Mübarizəni müşahidə edən şəxslər sizi
dəstəkləyəcəklər. İşdə yeni münasibətlər qura bilərsiniz. Bu
təmaslar faydalı olacaq.
Şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyişlər ola bilər. Durumun
az qala ideal olduğunu düşünsəniz də, sizi sevindirəcək məqamlar
olacaq.
Axşam saatlarına yaxın yeni tanışlıqlar şansı artacaq.
Əhvalınız pis deyil.
Əkizlər - o qədər də yaxşı gün deyil.
İstəklərinizi optimallaşdırın, hədəflərinizi təftiş edin.
Ambisiyalarınız irreal olmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün resurs və ya qüvvəniz azlıq edə bilər.
Günün ikinci yarısında kəmhövsələ davranmayın. Praktik olun,
hisslərin əsiri olmayın.
Yaşam təcrübəniz sizə bir sıra çətinliklərin öhdəsindən gəlməyə
kömək edəcək.
Yaxınlarınızdan biri ona xas olmayan davranışla sizi
təəccübləndirəcək.
Xərçəng - cari işləri unutmayın, onları
vaxtında yerinə yetirin. Yaradıcılıq potensialınızın səviyyəsi
yetərincə yüksəkdir. Fəqət, şedevr yaratmağa can atmayın, həlli
tələb edən məsələlərlə məşğul olun. İlk baxışdan çox çətin təsir
bağışlayan işlərdən qorxmayın. Ən ağır problemləri həll edə
bilərsiniz. Öz biliklərinizlə yanaşı, başqalarının təcrübəsindən də
bəhrələnməyi bacarın.
Günün ikinci yarısında təmkinli, səbrli olun. Ünsiyyətdə olduğunuz
insanlarla münasibətləri qorumağa çalışın. Axşam saatlarında
gəzintidə, səyahətdə fayda var.
Şir - olduqca çətin məsələnin həlli ilə məşğul
olmaq zamanıdır. Təsərrüfat məsələlərinin çözümünü başqalarına
tapşırmayın. Daha çox pul qazanmağa çalışın.
Günün ikinci yarısında fəaliyyət prosesinə tam nəzarət edin.
Xırdalıq və detalları nəzərdən qaçırmayın. Qarşınıza qoyulan
məsələni, həvalə olunan tapşırığı peşəkarcasına tamamlayın.
Yaxınlarınızla təmaslarda sakit, güzəştlərə meylli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Qız - realistsinizsə, yaxşı gündür. Situasiyanı
obyektiv dəyərləndirin. Cari məsələərin həlli üçün gərəkli yolları
və vasitələri arayın.
Emosiyalara əsir olsanız, uğursuzluğun acı dadını hiss
edəcəksiniz.
Günün ikinci yarısındakı situasiya planlarınızı tam həyata
keçirməyə imkan vermir. Yaxın ətrafınızdakı insanlar sizi
əsəbiləşdirəcək, təəssüfləndirəcəklər.
Praqmat olun, yaşananları dürüst qiymətləndirin. Hər şeyi çox yaxşı
və ya tam əksinə, çox pis görməyin.
Tərəzi - sərbəstlik, asudəlik və müstəqillik
istəklərində ifrata varmayın. Belə davranış pərişanlıq, ruh
düşkünlüyü vəd edir. Yaxın ətrafınızdakı insanların dediklərinə
qulaq asın.
Günün ikinci yarısında mövcud situasiyanın həddən ziyadə nikbin
qiymətləndirilməsi kobud səhvlərə səbəb ola bilər. Evdə və işdə
köklü dəyişikliklər zamanı deyil. Təmirə başlamaq, iş və ya yaşam
yerini dəyişmək fikrindən vaz keçin.
Yaxın insanlarla söhbətdə artıq kəlmələr söyləməyin.
Əqrəb - çevik, mütəhərrik, qıvraq olun.
Ambisiyalarınızı başqalarının istəklərinə fəda etməyin. Həddən
ziyadə ehtiyatkarlılıq və astagəl olmağınız maraqlandığınız
istiqamətdə geriləməyə səbəb ola bilər. Çalışdığınız kollektivdə
əsəbləri gərməyin.
Günün ikinci yarısında naqolay vəziyyətə düşməyin. Uzaq səfəri,
səyahəti təxirə salın. Sevdiyiniz insanla mübahisə etməyin, çünki
belədə dava başlaya bilər. Münasibətləri qoruyun.
Axşam saatlarında yarımçıq işi bitirin.
Oxatan - uğur seçəcəyiniz strategiyadan
asılıdır. Ona görə də qəti qərar verməzdən əvvəl ətrafa diqqətlə
nəzər salın, şərtləri dəyərləndirin. Tələskənlik etməyin. Maliyyə
məsələlərində yalnız intuisiyaya güvənməyin.
Günün ikinci yarısında məqsədə çatmaq üçün kiçik itkilərə və o
qədər də əhəmiyyətli olmayan qurbanlara hazır olun. Sevdiyiniz
insan sizə dəstək olacaq.
Karyera və biznesdə yeni layihəyə başlamaq olar.
Axşam saatlarında stressdən qurtulmaq üçün əylənin.
Oğlaq - ən çətin, qarışıq situasiyalarda dəmir
əsəbli insan kimi davranın. Təmkin və səbr dadınıza çatacaq. Yaxın
ətrafınızdakı insanlardan biri ilə qarşıdurma, həmkarların rəqabəti
istisna deyil. Çalışdığınız kollektivdə mühitin dəyişməsinin hansı
yön alacağını təxminləmək olmur.
Günün ikinci yarısında hisslərin diqtəsi ilə qərar verməyin. Dəyər
verdiyiniz insanla söhbətdə ötənləri xatırlayaraq münasibətləri
ayırd etməyə çalışmayın. Belədə təmaslar, ümumiyyətlə, kəsilə
bilər.
Dolça - bəzi layihələrdən və istəklərdən əl
çəkmək məcburiyyətindəsiniz. Fərdi planlar arxa plana keçir. Ən
önəmli məsələni çözməyə başlayın. Ağır zəhmət çəkməli
olacaqsınız.
Günün ikinci yarısında işgüzar fəaliyyət müstəvisində çoxsaylı
problemlər yaranacaq. Texnika və avadanlıqda nasazlığın yaranması
istisna deyil.
Axşam saatlarını yaxınlarınıza həsr edin.
Balıqlar - uzaqgörən olun, iradəli davranın.
Hadisələrlə zəngin gündür. Süstlük, zəiflik, apatiya
yolverilməzdir. Emosiyaların qurbanı olmayın. Abstrakt mübahisələrə
qatılmayın. Mənasız diskussiyalardan uzaq durun.
Günün ikinci yarısında yeni layihəyə başlamaq fikriniz varsa,
kənardan gələn məsləhətlərə qulaq asmayın. Qrupun və ya kollektivin
qeyri-formal liderinə çevrilə bilərsiniz. Dəyər verdiyiniz insanla
sərt danışmayın. Fikir və ya hisslərinizi ifadə etmək istəyəndə
diqqətli olun (Milli.Az).
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq