Qoroskop
Astroloji proqnoz - 31 iyul
Qoç - günün ilk yarısı intensiv dialoq, son
məlumatların və informasiyaların mübadiləsi üçün əlverişlidir.
İşgüzar səfər, ezamiyyət istisna deyil.
Çalışdığınız kollektivdə rəhbərliklə açıq danışın.
Günün ikinci yarısında fəaliyyət şəraitinizin yaxşılaşdırılması
üçün konkret addımlar atmaq olar. Yeni biliklər əxz edin,
təcrübənizi artırın.
Sevdiyiniz adam maraqlarınızı bölüşəcək. Mübahisə etməyin.
Buğa - yaxın ətrafınızdakı insanların dəstəyinə
ehtiyacınız var. Maraqlı ideyalar və kreativ fikirləriniz az deyil.
Onlar sizə gəlir və mənəvi rahatlıq vəd edir. Həmin ideyaları
həyata keçirməyin, rifahınızı yüksəltməyin yollarını düşünün.
Günün ikinci yarısında mübhəm xəbəri paylaşmasın. Bələd olmadığınız
insanlara sirr verməyin. Maliyyə məsələlərində diqqətli olun.
Alış-verişdə çox pul xərcləməyin.
Ailə büdcəsinin qayğısına qalın.
Əkizlər - cari hadisələrin çərçivəsində darıxa
bilərsiniz. Gərginlik və narazılıq qəti addımlar atılmasını tələb
edir.
Mahiyyət etibarilə sizə indi, sadəcə, "tətiyin çəkilməsi", qəfil
etiraf, informasiya gərəkdir. Bundan sonra dəyişiklikərin
zəncirvari reaksiyası başlanacaq.
Olduğunuz mövqelərin laxlamasının qarşısını alın.
Yaxınlarınızla söhbətlər və müzakirələrin önəmi artır. Dəstəyə nail
olmaq üçün səbrli və müdrik olun.
Xərçəng - önəmli qərarlar qəbul etməzdən əvvəl
nüfuzlu insanların mövqelərini araşdırın. Onların məsləhətlərini
qulaqardına vurmayın. Dostlar və tanışlarla qayğıkeş davranın.
Maddi rifahınızın inkişafında maraqlı insanları özünüzdən
kənarlaşdırmayın.
Günün ikinci yarısında büdcənizə zərər vurmayın. Bədxərclik
etməyin. İnternet vasitəsilə nə isə ala bilərsiniz.
Yaxınlarınızın qayğılarından, problemlərindən hali olun.
Laqeyd insan təsiri bağışlamayın.
Şir - konstruktiv dialoq sayəsində məqsədlərə
çata bilərisniz. Uğurlar sizi gözləyir. Ən müxtəlif insanlarla
ünsiyyətdə radikal olmayın. Mövqelərinizi möhkəmlətmək üçün bütün
addımları atın.
Günün ikinci yarısında bütün işlərin öhdəsindən müstəqil gəlməyə
can atmayın. Kollektiv fəaliyyətdə xeyir var. Bəzi məsələlərdə
fikir müxtəlifliyi ilə barışın.
Sevdiyiniz insanın qəfil sualları sizi naqolay vəziyyətdə
qoymamalıdır. Açıq söhbətə hazır olun.
Qız - tapşırıqları qulaqardına vurmayın,
səlisliyə can atın. Əsas diqqəti bilavasitə səlahiyyətlərin yerinə
yetirilməsinə yönəldin. Hadisələrlə gəngin, aktiv, parlaq gündür.
Passiv olmayın, yeniliklərə can atın.
Günün ikinci yarısında inzibati işlərdə səhvlərə yol verməyin.
İntensiv ünsiyyət zamanıdır. Dostlar arasında mübahisədə sizdən
şahidlik etmək istəniləcək. Situasiyadan səbr və təmkinlə hali
olun.
Axşam saatlarında dəvət aldığınız yerə yollanın.
Tərəzi - aktiv, mütəhərrik, çevik olun.
Görduyünüz işə laqeyd yanaşmayın. İşdə rəhbərliyin tapşırıq və
göstərişlərini vaxtında yerinə yetirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda
subordinasiyanı pozmayın. Həddən ziyadə səmimiyyət problemlər vəd
edə bilər.
Ailə üzvlərinizin həyatında aktiv iştirak edin. Mühüm məsələləri
nəzərdən qaçırmayın.
Əqrəb - özünüzü sərbəst hiss etsəniz, məqsədə
doğru daha sürətlə irəliləyə bilərsiniz. Ünsiyyətə açıq olun, yeni
tanışlıq imkanlarından yararlanın. Xidməti yazışma məhsuldar
olacaq. Maraqlandığınız insanla təkbətək danışın.
Günün ikinci yarısında prinsiplərinizin bəzisinin təftişə və
təhlilə ehtiyacı var. Düzəlişlər qaçılmazdır. Yaşamla bağlı
mühafizəkar baxışlarınız, ənənələrə və köhnə qaydalara sədaqətiniz
qarşı tərəfin xoşuna gəlməyə bilər. Həmin insan eksperimentlərə və
yeniliyə meyllidir.
Oxatan - gün ərzində yaşanacaq hadisələr sizdən
aktiv olmağı tələb edir. Həyatınızda bundan sonra da əvvəlki təki
qalmasının mümkünsüz olduğu nəsnələrə dəyişikliklər etmək
gərəkdir.
Vidalaşmaq gərəkdiyi nəsnə və ya insanları intuitiv ayırd edin.
Başqa mühüm işlə məşğul olmaq üçün vaxt tapın.
Bu, çətin, amma vacib məsələdir.
Sizi narahat edən məsələlərə praktik müstəvidən baxın.
Sizin üçün mühüm insanlarla münasibətlərdlə böhran yaşana
bilər.
Oğlaq - pulunuzun qədrini bilin, bədxərclik
etməyin. Maliyyə vəsaitinizlə mənasız risklər etməyin. Xərclər
artsa da, gəlirlər dəyişmir. Borcları vaxtında qaytarın, kredit
ödənişlərini gecikdirməyin. Maliyyə öhdəliklərinə unutqan
yanaşmayın.
Günün ikinci yarısında danışıqlarda, hesabatların tərtibatında
ehtiyatlı olun.
Pul məsələsi dostlar və qohumlarla münasibətlərinizi səngidə
bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - uğurlu, yaxşı gündür.
Kommunikasiyaların effektiv olmasına çalışın. İnsan naturasının
incəliklərinə bələd olmağa can atın. Danışıqlarda və müzakirələrdə
qarşı tərəfi haqlı olduğunuza inandırın.
Günün ikinci yarısında yalanlara aldanmayın, vədləri reallıq
qismində qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərdə köhnə
mübahisə yenidən alovlana bilər. Mövqeyini anlatmaq üçün
arqumentləri normal qaydada seçin. Zəif yerlərə zərbə
endirməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - dəyərlər və hisslərdə
konkretləşdirməyə nail olmaq üçnü önəmli görüş, ya da müzakirəyə
ehtiyac var. Kənar hadisələrlə yad təsirlərin gücü artır.
Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf, habelə kiminsə
rahatlığınızı və işlərinizi pozmağa çalışması istisna deyil.
Günün ikinci yarısında xoş hadisələr istisna deyil. Borcun
qaytarılması, önəmli məsələ ilə bağlı təlaş və ya narahatlığın əbəs
olmasına dəlalət edən, çoxdan gözlənilən məlumatın alınması
mümkündür (Milli.Az).
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır