Qoroskop
Bürclərə görə xarakter analizi - ÖZÜNÜZÜ DAHA YAXINDAN TANIYIN/VİDEO
Hər bir insanın güclü və zəif tərəfləri var. Bəziləri bizə xoş gəlir, digərləri isə ürək bulandıra bilər. Bəzən qarşı tərəfin yalnız bir xüsusiyyəti bizi əsəbiləşdirə bilər ki, bu da onunla ünsiyyəti kəsmək üçün kifayət edir. Niyə bu baş verir?
Astroloqlar hesab edir ki, bu, təmsil etdiyimiz zodiak işarələrinin xarakteristikasından asılıdır.
Publika.az oxucuları bürcləri qıcıqlandıran bir çox xüsusiyyətlərlə tanış edir. Gəlin onları birlikdə nəzərdən keçirək.
Qoç
Qoç əla təşkilatçılardır, odur ki, kiminsə həyatlarını planlaşdırmasını sevmirlər. Bundan başqa, Qoç bürcləri istənilən təzyiqə dözümsüzdür. Sizinlə nə vaxt görüşəcəyini yaxşı bilirlər, bu səbəbdən də onları zənglərlə sıxışdırmağa çalışmayın.
Nizamsızlıq və qeyri-mütəşəkkilliyinlə mənə işləməyə mane olursan, sənin üçün yazdığım plan üzrə işlə.
Tez-tez bezdirən insanlar: Şübhəsiz ki, sizə kömək etməkdən məmnunluq duyuram, ancaq ayda-ildə bir dəfə, daha çox yox.
Paltardan gələn pis qoxu: Bu, bir insanı olduğu kimi qəbul etməyi çətinləşdirir.
Avtoritarizm - Mənə göstəriş verməyin, özüm də bunu bacarıram.
Qeyri-səmimilik: İnsan təbiətin ona verdiyi hər şeyi qorumalıdır.
Zəifləri incidən insanlar: Qoçda ədalət hissi hipertrofiya həddindədir.
Avanqard: Yalnız əsrlər boyu sınaqdan keçirilmiş və milyonlarla insan tərəfindən təsdiqlənən üslubun yaşamaq hüququ var.
Monotonluq: İnsanlar daim təəccübləndirməlidirlər, Qoç bürcləri sizdən darıxan kimi dərhal yeni bir macəra axtarışına çıxacaq.
Keçmiş xatirələr: Qoçlar irəli və gələcəyə köklənib, keçmiş xatirələr onlar üçün lazımsız informasiyadan savayı heç nə deyil.
Buğa
Onlarla həmfikir olmayan insanlardan Buğalar mümkün qədər uzaq qalmağa çalışır.
Kənar müdaxilələr: Necə davranmaq lazım olduğunu söyləməyin, mən də sizə yol göstərməyim.
Tələskənlik: Məni tələsdirməyin, özümü itirirəm.
Zövqsüzlük: Geyimin funksiyası yalnız çılpaqlığı örtməkdən ibarət deyil, o həm də obraz təşkil etməlidir.
Darıxdırıcı həmsöhbətlər: Buğalar qoçaq və ayıq insanlarla daha tez dil tapa bilir.
Onları danışdırmağa çalışan insanlar: Həqiqət mübahisə və ya müzakirə əsnasında ortaya çıxır, bu isə Buğa bürclərinə hər dəfə sərf etməyə bilər.
Dəridə yağlılıq: Mağara dövrü çoxdan bitib.
Hiperaktivlik: Gözümün önündə ora-bura qaçmayın, ondansa mənim üçün faydalı bir iş görün.
Vurnuxma: Tələsirsənsə, yavaş-yavaş get, ümumiyyətlə təlaş üstünlük qazanmağa mane olur.
Hisslərin təzahürü: Nə qədər paradoksal səslənsə də, bu zəiflikdir və Buğaların qəzəbinə səbəb olur.
Əkizlər
Əkizlər bürcləri kölgədə qalmağı sevmir, teatrın əsas aktyoru olmaq onların başlıca hədəfidir. Bundan başqa, Əkizlər bürclərini aşağıdakılar qıcıqlandırır:
Hörmətsizlik: Əsas səlahiyyətlər Əkizlər bürcünün əlində olmalıdır.
Axmaqlıq: Axmaqla darıxdırıcıdır, ağıllı isə tez yorur.
Donub qalmaq: Key olma, yoxsa geri qalacaqsan.
Qüsurları dilə gətirən insanlar: Əkizlər bürcləri mükəmmlik mücəssiməsidir və bu, müzakirə olunmur.
Başqalarının hekayələri: Onlar öz hekayələrini yazmağa və danışmağa daha çox üstünlük verir. Əkizlərdən yüksək sadəcə uca dağlardır.
Məhdudiyyət və çərçivələr: Məni bir çərçivəyə salma, əks halda özünü orda görəcəksən.
Gizlilik: İfşa edim, ya özün hər şeyi danışacaqsan?!
Zəiflik: Gücsüzlər Əkizlər üçün ikinci dərəcəli insanlardır.
Dürüstlük: Əkizlər özləri haqqında bütün həqiqəti eşitməyə nifrət edirlər.
Xərçəng
Xərçəng bürclərinin nifrət obyektləri insanlarla münasibətlərdə bu şəkildə özünü büruzə verir:
Dəbdəbə və göstəriş: Təvazökar, lakin təmiz həyat təmtəraqdan daha yaxşıdır.
Kirli ev: Xərçəng bürcləri təmizliyi sevir, odur ki, kiminsə ev təsərrüfatına məsuliyyətsiz yanaşmasına nifrət edirlər.
Açıqlıq: Sirrin mənə lazım deyil, onsuz da özüm haqqında heç nə danışmayacam.
İstəklər: Yaxşı olmasını istəyirsinizsə, öz işini özünüz görün, məni narahat etməyin.
Tez verilmiş qərarlar: Xərçənglər hər şeyi düşünməlidirlər və yalnız bundan sonra bir fikrə gələ bilər.
Dolanbac yollar: Bu, Xərçəng bürclərini manevrə məcbur edir, onlarsa bunu xoşlamırlar. Və sadəcə maşın sürəndə deyil, həyat yollarında da.
Məsuliyyətsizlik: Söz vermisənsə, yerinə yetirməlisən, yoxsa cəzalanacaqsan.
Duyğusallıq: İctimai yerlərdə qucaqlaşmağa və öpüşməyə nə gərək var.
Uca səslə gülmək: Sevincin coşqun təzahürü təmkinli Xərçəngləri qıcıqlandırır.
Şir
Şir bürclərini hər şeydən çox ağ yalanlar özündən çıxarır. Kiminsə onları axmaq yerinə qoymasından iyrənir və qəzəblənirlər.
Yumor hissinin olmaması: Şir bürclərinin zarafatlarına hamı gülməlidir.
Həyatdan şikayətlər: Nəyisə dəyişə bilərsənsə, şikayətlənmə, dəyişə bilmirsənsə, sus.
Xəsislik: Səxavətli Şir bürcləri eyni münasibəti başqalarından gözləmək hüququna malikdirlər.
Kənar şəxslərin toxunuşu: Plebeylərin krala toxunması dözüləsi hal deyil.
Onları asılı vəziyyətə salan insanlar: Azad pişik əsirlikdə yaşamır.
Qısqanclıq: Şir bürcündən birini sevirsənsə, güvən, güvənmirsənsə, başqasını axtar.
Kobudluq: Şir bürcləri kobud xarakterə malik olsa da, özlərinə qarşı eyni rəftarı sevmirlər.
Əhəmiyyətsiz zənglər: Şir üçün vaxt müqəddəsdir. Kimə və nə vaxt zəng edəcəyini planlaşdırır.
Qız
Qız bürcləri səliqəsizlikdə nə özlərini, nə də başqalarını bağışlamazlar, əgər o yerdə dağınıqlıq varsa, evin sahibi ilə ünsiyyəti kəsə bilərlər.
Daraqda saç: Daraq hər zaman təmiz olmalıdır.
Çirkli, murdar ayaqqabılar: Qız bürcləri üçün ayaqqabı - ruhun aynasıdır.
Qonaqpərvərlik: Qız bürclərinin qapıları dostlarına hər zaman açıqdır.
Dost hikməti: Qız hər şeyi hər kəsdən yaxşı bilir.
Maraq duyğusu: Ürəyim istərsə, danışaram, istəməsə məcbur etməyin faydası yoxdur.
Pis dişlər: Bu, Qızda ikrah hissi doğurur.
Obsesif uşaqlar: Qız bürcləri nadinc və səs-küylü uşaqları sevmir.
Ucuz ətir: Əlbəttə ki, hər kəs lüks ətirlər istifadə edə bilmir, amma bu dərəcədə deyil.
Onlara ucuz yemək təklif edən insanlar: Mənim bir qarınım var və onu heç bir ucuz yeməklə zəhərləmək fikrində deyiləm.
Seks təklifi: Məndən nə qədər çox təklif etsən, bir o qədər azını alacaqsan.
Tərəzi
Tərəzi dostcanlı və mehribandır, odur ki, istənilən kobudluq və qəddarlıq onları hiddətləndirir.
Təmiz olmayan və qeyri-adi geyimlər: Evdə qarışıqlıq ola bilər, ancaq paltar təmiz və keyfiyyətli olmalıdır.
Onları seçim qarşısında qoymaq: Tərəzi bürcləri onsuz da hər şeydən şübhələnir, seçim qarşısında qoymaqla onları daha çox təşvişə düşməsinə səbəb olacaqsınız.
Ucuz hədiyyələr və kiçik buketlər: Məni necə sevdiyinizi göstərin, əgər xəsislik edirsinizsə, demək ki, sevginiz boş sözlərdir.
Laqeydlik: Mənim kimi mükəmməl insanı sevməmək qeyri-mümkündür.
Onları bir şey etməyə məcbur etmək: Niyə mən etməliyəm, özünüz edin.
Çirkinlik: Hər şeydə - simalarda, qəlblərdə, interyerdə və təbiətdə gözəllik və harmoniya axtarırlar.
Mübahisələr: Mübahisə edən iki nəfərdən biri axmaq, digəri yaramazdır. Mən bunların hansısa olmaq istəmirəm.
Tərəzi bürclərinə istədiyi şəkildə yaşamağına mane olan insanlar: Bu, mənim taleyimdir və özüm qərar verərəm, yaşamaq, ya da ölmək istəyirəm.
Darıxdırıcı insanlar: Tərəzi bürcləri əylənməyi sevir.
Əqrəb
Əqrəblər hər hansı nizam-intizama sığmır, odur ki, vicdanın səsini dinləməyi sevən insanlar onları əsəbiləşir. Bu bürcün nümayəndələri aşağıdakıları qətiyyətlə rədd edir:
Səhihlik: Əqrəb bürcləri həmişə hadisələrin mahiyyətinə və dərinliyinə varmağa çalışır.
İntiqam: Cinayətkar və ya günahkarı heç vaxt cəzasız qoymaz. Bağışlamaq onun üçün zəiflik əlamətidir.
Etiraz: Onunla həmfikir olmayan insanlar Əqrəbləri özündən çıxara bilər. Yadda saxlayın ki, yalnız iki fikir var - Əqrəbin və səhv.
Həkimlər: Əqrəb özünü necə və nə ilə müalicə edəcəyini yaxşı “bilir".
Riyakarlıq və xəyanət: Başqalarının zəif tərəflərindən süi-istifadə etməməli və onları qınamamalısınız.
Tənqid: Hərəkətlərimi müzakirə etmə, özünə bax.
İmansızlıq: Əqrəblər üçün inamsız yaşamaq çətindir. Onlar Tanrını Kosmosda, pulda və ya öz gücündə tapa bilər.
Mülayimlik: Başqalarına heç vaxt acımayın, çünki sizə də acımırlar.
Xəyalpərəstlər: Əqrəblər qarşısına real və ya qeyri-real məqsədlər qoyur və nə bahasına olursa olsun, buna nail olurlar. Odur ki, hədəf təyin etmək əvəzinə xəyallarda yaşayan insanları onları həmişə özündən çıxarır.
Oxatan
Oxatan istənilən məclisin ruhu olmağa çalışır, bu səbəbdən də diqqət mərkəzini özünə çəkən insanlara nifrət edirlər.
Xəbərdarlıq: Bütün məsələlərdə Oxatan ilk səsvermə hüququna sahib olmalıdır.
Cəlbedicilik: Oxatan qadınının yanındakı rəfiqəsi ondan daha az gözəl olmalıdır, Oxatan kişisi isə dostları arasında ən cəlbedici gülüşə özü sahib olmalıdır.
Verilən vədlərin yerinə yetirilməməsi: Söz vermisənsə, yerinə yetir, əks halda daha pis olacaq.
Biganəlik: Tilovu sənə mən verəcəyəm, amma balıqları özün tutmalısan.
Yorğunluq: Əgər sizinlə əylənmirəmsə, deməli diqqətimə layiq deyilsiniz.
Çirkin insanlar: Oxatan böyük estetdir, o çirkinə baxa bilməz, əks halda ruhu yorula bilər.
Heyvanlara diqqətsizlik: Oxatan üçün heyvanlara sevgi vizit kartıdır, iti və ya pişiyi sevirsə, bu insanla dostluq etmək olar.
Fərdi üslub: Hamı kimi deyilsən, rəqib sayılırıq.
Başqasının nəsihəti: Özüm də sağa-sola məsləhət verirəm.
Müstəqillik: Oxatan bürcləri kiməsə təsir edə bilmirsə, həmin şəxsə nifrət etməyə başlayır.
Oğlaq
Oğlaq bürcləri avaraçılığa nifrət edir, mövqeyini - sosial və maddi vəziyyətini yaxşılaşdırmağa çalışmayan insanlar gözünün düşmənidir.
Aşağı mövqe: Heç nəyə nail ola bilməyibsə, hörmətə layiq deyil.
Ad-san və nüfuz göstəricilərinin olmaması: Avtomobil, bahalı bir saat, lüks markaların etiketləri - uğurlardan bəhs edən hər şey daha da yüksək statusa çatmağa kömək edir.
Heç bir hədəfi olmayan insanlar: Oğlaq bürcləri həyatdan istədiyini edə bilməyənləri sevmir.
Rahatlığın pozulması: Yalnız mənə xeyirli olacağı təqdirdə “zəng edə bilərsən”.
Göstəriş: Nəyin vacib və nəyin olmadığını söyləməyin, əks halda avtomatik olaraq ikinci kateqoriyaya düşəcəksiniz.
Gözlənilməzlik: Hər bir iş 100 il əvvəlcədən planlaşdırılmalıdır. Oğlaq buürclərinin planlarını pozsanız, buynuzlarını qaldıra bilər.
İşinə müdaxilə: Mən sənin işinə qarışmıram, sən də mənə qarışma.
Aşiq olmaq: Başqasının sevgisi Oğlaqı nəinki qorxudur, həm də qıcıqlandırır. Kobud şəkildə planlarına daxil olan insanları sevmirlər.
Çox danışan insanlar: Oğlaq bürcləri birinin səsini eşitmək istəsə, özü danışacaq, sizi dinləməyəcək.
Tənbəllik: Ya yanımda işləyin, ya da mane olmayın.
Dolça
Dolça bürcləri ən çox zorakılığa və məcburiyyətə nifrət edir. Nəyəsə məcbur edən insanlardan bu işarənin nümayəndələri sürətlə qaçır.
Xəyanət: Dolça yaxınlarını bağışlasa da, etimadını bərpa etmək hüququ olmadan münasibətləri pozur.
Fəaliyyət və seçim azadlığının məhdudlaşdırılması: Yolumda maneə olmayın, əks halda üstünüzdən keçə bilərəm.
Monotonluq: Monotonluq Dolça bürclərinin ölümcül düşmənidir, darıxmağa başlayanda axmaq işlər görməyə başlayırlar. Bundan da ilk növbədə ətrafdakılar əziyyət çəkir.
Çatışmazlıqları xatırlatmaq: Bilirəm ki, günahsız deyiləm, ancaq mənə bunları söyləməyə ixtiyarınız yoxdur.
Toz və yun: Bu bürcün nümayəndələri allergikdirlər, buna görə də kirli evə ayaq basa bilmir və kəskin reaksiya verirlər.
Başdan çıxartmaq: Məni cinsi əlaqəyə məcbur etmə, hər halda sənə inanmıram.
Borc istəmək: Qazancım özümə güclə çatır.
Səs-küy: Dolçalar onlara yatmağa mane olan insanları öldürə bilər.
Mühafizəkarlar: Dolça əsl yenilikçidir, onların irəliləməsinə mane olan şəxs rəqib deyil, düşmənidir.
Balıq
Balıq bürclərini qıcıqlandıran əsas səbəb məsuliyyətsizlikdir. Yalan ümidlər və boş gözləntilər ciddi qarşıdurmaya səbəb ola bilər.
Mənfəəti güdən insanlar: Münasibətlər qarşılıqlı olmalıdır.
Yalan: Balıqların intuisiyası rəvan işləyir, buna görə ən kiçik yalan belə onları özündən çıxara bilər.
Sözlərinə inamsızlıq: Balıqlar günahsız olduqlarını sübut etmək üçün dəridən-qabıqdan çıxacaq, hətta özləri dediklərinə əmin olmasalar belə. Lakin sözlərindən şübhələnənlər istənilən adamla qan düşməni olurlar. Təxminən qırx dəqiqə.
Sərxoşluq: Əgər özləri də içməyibsə, içkili adamlara dözə bilmirlər.
Savadsızlıq: Danışacağınız bir şey yoxdursa, vaxtımı almayın.
Qarşılıqsız hisslər: Əgər səni sevirəmsə, sadəcə mənə cavab vermək məcburiyyətindəsə, əks halda niyə yer üzündə yaşayırsan.
Çirkli qablar: Qablar istədiyiniz zaman deyil, çirkli olduqda yuyulmalıdır.
Video: Sevinc Xanqızı
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI