Qoroskop
Dünya yenidən bölüşdürüləcək, sərhədlər dağılacaq - PROQNOZ/VİDEO
Video əlavə olundu.
Dünyada vəziyyət pisləşdikcə, hər şeyin nə vaxt düzələcəyini öyrənmək istəyi və arzusu güclənir. Sözsüz ki, bu da insanların batil inanclara, astroloji proqnozlara və başqa dünya qüvvələri barədə inanclarına təsir edir. Ard-arda yaşanan ağır illərdən sonra gələcək haqqında xoş proqnozlara hər birimizin ehtiyacı var. Bəs astroloqlar 2023-cü ilə dair hansı proqnozları verir?
Publika.az oxucuları Rusiyanın məşhur astroloqu və çoxsaylı proqnozların müəllifi Tamara Qlobun 2023-cü ildə dair proqnozları ilə tanış edib.
Onun öngörüləri dəfələrlə gerçəkləşib. Belə ki, o, SSRİ-nin dağılmasını, 2010-cu ilin yayında baş verən Moskva yanğınlarını, pandemiya və 2018-ci ildə dünya çempionatının Rusiyada keçiriləcəyi proqnozqunu verib. İndi də məşhur astroloq açıqlamasında bildirib ki, yaxın bir neçə ildə dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək. İndi bütün dünya gərginlik içindədir, pandemiya və siyasi hadisələr iqtisadi böhrana gətirib çıxarıb, eyni zamanda bir çox insan işsiz qalıb. Astroloq hesab edir ki, gələn il ən asan il olmayacaq, lakin bir sıra sınaqlardan sonra bizi parlaq və işıqlı bir həyat gözləyir.
Bədbəxtliklər silsiləsi nə vaxt bitəcək?
“2022-ci ilin payızından etibarən kifayət qədər aktiv dövr başlayacaq ki, bu da bir çox mübahisəli məsələlərə aid olacaq, yeni ciddi münaqişələr yarana bilər. 2021, 2022 və 2023 arasında ən çətin dövr 2023-cü ildir. Və yalnız 2-2,5 ildən sonra hər şeyin yerinə düşəcəyi dövr başlayacaq.
Dünya tamamilə dəyişir, ümumiyyətlə, tamamilə hər şey dəyişəcək - sivilizasiya, iqtisadiyyat, psixologiya. Əhalinin bir hissəsi hər şeyini itirəcək. Var-dövləti olmayan insanlar isə vaxtında çevik davrandıqları üçün yeni imkanlar, yeni texnologiyalar, yeni maliyyə axınları, elektron sistemlərə əsaslanan strukturlardan yararlana biləcəklər.
Yaxın gələcəkdə mühacirət edən insan sayı da artacaq, ölkədə qalanlar da yaşayış yerini dəyişə bilərlər. 2023-cü ildə dünyada daşqınlar və zəlzələlər baş verə bilər. Hər halda vəziyyət bu şəkildə davam etməyəcək və işlər tədricən yaxşılaşmağa başlayacaq.
Nə qədər qəribə səslənsə də, bu çətin dövrdə baş verən hadisələr sonradan bütün dünyanı birləşdirmək istəyinə gətirib çıxacaraq. Hər kəs öz içinə qapanacaq və bu, 2024-cü ilə qədər davam edəcək. Yalnız 2026-cı ildən sonra sərhədsiz dünyaya yol alan hadisələrin şahidi olacağıq. Vizalar aradan qalxacaq, sərhədlər dağılacaq, dövlətlər bir-birinə müsbət yanaşacaq.
Yaxın gələcəkdə hər şey kəskin şəkildə dəyişəcək. Dünyanın yenidən bölüşdürülməsi başlayacaq, kartlar yenidən paylanacaq və bu, il yarım davam edəcək. Zəif ölkələr güclənəcək və əhəmiyyətli rola malik olacaq", - astroloq müsahibəsində bildirib
Tamara Qlobun proqnozlarına görə, 2023-cü ildə, xüsusən də yaz və payız aylarında səyahət etmək asan olmayacaq, bir çox ölkə sərhədlərini bağlaya bilər. 2024-cü ilin əvvəlində hələ də bəzi səyahət məhdudiyyətləri olacaq, lakin ilin ikinci yarısından hər şey qaydasına düşəcək. Astroloq yekunda tədbirli olmağı tövsiyə edib: “Sıradan insan necə yaşaya bilər? Çox sadədir: işinizi əlinizdə saxlayın, ailənizə qayğı göstərin və tarazlığı qoruyun. Bu, çox vacibdir".
Aytən Məftun
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO