Qoroskop
İş həyatında ən uğurlu bürclər: Onlar iddialı və çalışqan olurlar
İş və təhsil həyatında bəzi insanlar iddialı, qətiyyətli xarakterləri ilə diqqət çəkirlər. Onlar kifayət qədər məsuliyyətli olurlar və daim ən yaxşısı üçün çalışırlar. Hətta işlərini şəxsi həyatlarından üstün tuturlar. Astrologiyada zəhmətkeşliyi ilə diqqət çəkən bürclər var.
Publika.az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.
Oğlaq bürcü - İşgüzar olmaları ilə tanınırlar. Onlar iş həyatını şəxsi həyatlarından üstün tuturlar, qazanmağı sevirlər. Tətildə olsalar belə, işlərini diqqətlə izləyirlər. Oğlaqlar çox müntəzəm və sistemli çalışırlar. Bu yolla uğur qazanır və mütləq yüksəlirlər.
Qız bürcü – Detalları sevirlər. Bir işi mükəmməl görmək üçün araşdırmalar edirlər. Onlar öz zəhmətləri və qüsursuz işləri ilə hər zaman axtarılan adamlar olurlar. Qız bürcləri praktik zəkalarını zəhməti ilə birləşdirdikdə mütləq uğur qazanırlar. Onların sürətinə heç kim çata bilmir.
Qoç bürcü - İddialı və tələskəndirlər. Əlindəki işi, vəzifəsini yerinə yetirmədən heç vaxt öz həyatına fokuslana bilməz. Qoçlar işləməyi, yarışmağı sevirlər. İş həyatında özlərini göstərmək üçün hər cür cəhd edirlər. Çox çevik olduqları üçün işlərini qısa zamanda bitirə bilirlər. İnadkar təbiətləri sayəsində qoçlar istədikləri hər şeyi əldə edə bilirlər. Əgər qarşısına məqsəd qoyubsa, ona çatmaq üçün dayanmadan çalışırlar.
Əkizlər bürcü - Astrologiyanın ən ünsiyyətcil bürclərindən biridir. İşlərinə gəldikdə böyük nizam-intizamla çalışırlar. Əkizlər çox ağıllıdırlar. Hər şeyi asanlıqla yerinə yetirmək üçün bir çox yolları sınayırlar. İş həyatında müvəffəqiyyətli olmaq üçün çalışırlar. Onlar fərqli və yaradıcı ideyaları ilə seçilirlər. /sfera.az
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz






.jpg)










.jpg)















