Qoroskop
Ən qısqanc 4 bürc: Bir baxışları hər şeyə bəs edir
Astrologiya dünyasında qısqanclığı ilə tanınan 4 bürc var. Onlar o qədər qısqancdır ki, qısqandıqları şeylərə bir baxışları ilə mənfi təsir edə bilirlər.
Publika.az həmin bürcləri təqdim edir:
Əqrəb
Astrologiyada dərin duyğuların və güclü ehtirasın əlaməti kimi tanınır. Bu bürcün insanları sevdiklərinə qarşı həddindən artıq sahib çıxa bilər. Güclü intuisiyaları sayəsində ətraflarında baş verənləri tez hiss edirlər. Hər hansı bir təhlükə hiss etdikdə isə qısqanclıq hissləri tez bir zamanda özünü büruzə verə bilər. Əqrəblər münasibətlərində sədaqət və bağlılığa böyük əhəmiyyət verirlər. Ancaq bu öhdəlik bəzən həddindən artıq nəzarətçiliyə çevrilir. Onlar adətən qısqanclıqlarını gizlətməyə çalışsalar da, dərinliklərində bu hissi intensiv şəkildə yaşayırlar.
Buğa
Təhlükəsizlik və sabitlik axtarışı ilə tanınır. Ancaq bu təhlükəsizlik ehtiyacı bəzən qısqanclıq hisslərini artıra bilər. Buğalar sahib olduqları şeylərlə güclü bir əlaqə hiss edirlər və bu bağ onların münasibətlərində özünü göstərir. Partnyorlarını və ya yaxınlarını itirmək qorxusu onların qısqanclığına səbəb ola bilər. Hisslərini açıq şəkildə ifadə etməkdən çəkinmirlər, buna görə də qısqanclıqlarını birbaşa göstərə bilərlər. Ancaq bu vəziyyətin əsas səbəbi ümumiyyətlə sevgi və qorunma istəyidir.
Şir
Diqqət mərkəzində olmağı sevən bürcdür. Onlar özlərini xüsusi hiss etmək istəyirlər və sevdikləri insanların diqqəti başqasına yönələrsə, qısqanclıq hissləri başlaya bilər. Şir bürcünün özünə inamı yüksək kimi görünsə də, bəzən təsdiq ehtiyacı hiss edir və bu, onların qısqanclığına səbəb ola bilər. Xüsusilə də romantik münasibətlərində partnyorlarının bütün diqqətlərini onlara yönəltməsini gözləyə bilərlər. Bu gözlənti yerinə yetirilmədikdə, qısqanclıq qaçılmaz olur.
Xərçəng
Duyğusal və həssas təbiəti ilə diqqət çəkən Xərçənglər, sevdiklərinə dərin bir bağlılıq hiss edirlər. Onları itirmək qorxusu qısqanclıq hisslərini tətikləyə və sevdiklərini başqaları ilə bölüşməkdə çətinlik çəkə bilər.
Roza
-
Ekologiya19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir
-
MDB15:35Rusiya ilə Ukraynanın İstanbul razılaşmasını bu ölkələr pozub – Türkiyə hər şeyi açıqladı
-
Rəsmi xronika15:29İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 13:35"Azərbaycan Türk dünyasında söz sahibidir"
































