Qoroskop
Yaşadıqları təcrübələrdən heç vaxt dərs çıxarmayan 4 BÜRC
Astrologiyada bəzi bürclər nə yaşasalar da, eyni dövrədə qalmağa davam edir. Təcrübələrini təhlil etmək əvəzinə səhvləri təkrarlamaqda israr edirlər.
Publika.az həmin bürcləri təqdim edir:
Əkizlər
Dəyişkən əhval-ruhiyyəsi və qətiyyətsiz təbiəti ilə tanınan Əkizlər hər bir təcrübəni səthi yaşamağa meyllidirlər. Səhv etdikdən sonra qısa müddət ərzində peşmanlıq hiss edə bilərlər. Lakin bu hiss uzun sürmür. “Bu dəfə fərqli olacaq” deyir və yenə eyni qərarı verirlər.
Oxatan
Həyat fəlsəfəsi azadlıq olan Oxatanlar məsuliyyəti öz üzərlərinə götürməkdənsə, yeni macəralara atılmağı seçirlər. Səhvlərini qəbul etmək əvəzinə, “oldu, bitdi” deyərək onları geridə qoyurlar. Öyrənmək Oxatan üçün həddindən artıq ciddilik tələb edir və bu, onun enerjisinə ziddir. Bu səbəbdən o, təcrübə qazansa da, davranışında bunu az əks etdirir.
Qoç
Qəfil qərarları və tələsik xarakterləri ilə tanınan Qoçlar çox vaxt düşünmədən hərəkətə keçirlər. “Nəticələrini sonra düşünəcəm” devizi ilə hərəkət etdiyi üçün qarşılaşdığı neqativlərdən dərs almaqdansa, yeni riskə getməyə üstünlük verir. Eyni divara dəysə də, “bu dəfə qırılacaq” ümidi ilə irəliləyir. Özünə inamı yüksək olduğu üçün səhvləri adətən xarici amillərdə axtarır. Bu onun inkişafını ləngidir.
Balıqlar
Emosionallığın nümayəndəsi olan Balıqlar yaşadıqları hadisələri məntiqlə süzgəcdən keçirməkdə çətinlik çəkirlər. Duyğularının intensivliyinə görə keçmiş təcrübələri təkrarlamağa meyllidir. Eyni münasibətdə dəfələrlə ayrılsa da, ümidlə yenidən başlayır. Vicdanı və bağışlayıcılığı sayəsində səhvlərə göz yumar. Bu onu emosional olaraq eyni nöqtəyə qaytarır.
Roza
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO







.jpg)
















.jpg)







