Qoroskop
Astroloq 12 bürc üçün tarix verdi - Bu ilin ən uğurlu iki günü gəlir
Türkiyəli astroloq Hande Kazanova 28 aprel - 4 may tarixi üçün ulduz falı şərhlərini paylaşıb. Yeni həftənin hər gününü ayrıca şərh edən Kazanova 12 bürc üçün proqnozlar verib.
Publika.az xəbər verir ki, astroloqun sözlərinə görə, aprelin 27-si Buğa bürcündə Yeni Ayın təsiri ilə bir qədər gərgin, lakin məhsuldar bir dövrə qədəm qoyduq.
Buğa məhsuldarlıq, pul, sənət və maliyyə təhlükəsizliyi ilə əlaqəli mövzuları əhatə edir. Bu Yeni Ay pul qazanmaq, yaradıcı biznesə başlamaq, möhkəm və daimi təməllər qoymaq istəyənlər üçün fürsətlər təqdim edir. Həftənin ən diqqətçəkən günləri 29 və 30 apreldir.
Bu müddət ərzində atılan addımlar bolluq, firavanlıq və uzunmüddətli başlanğıclar üçün çox dəyərli ola bilər. Qızıl kimi qiymətli əşyalar almaq, xeyriyyəçilik etmək, evdə bolluğu simvolizə edən yeməklər hazırlamaq və ya yeni işlərə başlamaq niyyəti üçün münasib dövrdür.
Aprelin 30-da Venera Qoç bürcünə keçir. Bu tranzit daha çox sahibkarlıq, birbaşa və rəqabətli münasibətləri ön plana çıxara bilər. Qoç bürcündə olan Venera bizi münasibətlərdə liderliyi ələ almağa və öz istəklərimizin arxasınca getməyimizə səbəb ola bilər. Ancaq bu müddət ərzində qarşı tərəfi anlamaqda və empatiya qurmaqda çətinlik çəkə bilərik.
Mayın 3-də maliyyə məsələlərində çaşdırıcı vəziyyətlər ortaya çıxa bilər, riskli investisiyalardan qaçmaq faydalıdır. Mayın 4-də Pluton Dolça bürcündə geriyə doğru hərəkətə başlayır.
Bu, həm fərdi, həm də sosial baxımdan güc və dəyişikliklə bağlı məsələlərdə keçmiş hadisələrin yenidən qiymətləndirilməsi prosesini başladır.
Roza
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO







.jpg)
















.jpg)







