Qoroskop
Astroloji proqnoz - 06 yanvar
QOÇ - Astroloji göstəricilərə görə, qarşınızda anlaşılmaz bir gün dayanıb. Odur ki, bu tarixdə qeyri-ənənəvi işlərə aludə olmamalı, sabitliyinizi təmin etməlisiniz. Səhhətinizi qoruyun.
BUĞA - Ağıllı addımlarınız ətrafda hər şeyin xeyrinizə dəyişəcəyinə təkan verməkdədir. Bu isə gün ərzində fəaliyyətlə bağlı uğurlarınızın start götürməsinə imkan yaradacaq.
ƏKİZLƏR – Daxili gərginliyiniz günorta saatlarından etibarən aradan qalxmağa başlayacaq. Bu isə nəzərdə tutduğunuz planların icrasını sürətləndirəcək. Amma sözünüzün ağası olmağı da bacarın.
XƏRÇƏNG - Bürcünüzdə bərqərar olan mənfi yüklü Ay sizə ümumi gərginlik vəd edir. Bu isə hər addımda daha da ehtiyatlı davranmağınızı tələb edir. Yeni təkliflərə razılıq verməyin.
ŞİR - Nahara qədərki süstlüyünüzü nəzərə almasaq, qalan müddətdə işləriniz qaydasında gedəcək. İndi siz puldan daha çox münasibətləri tənzimləməyə səy göstərməlisiniz. Digər işlər düzələndir.
QIZ - Bu gün özünüzü olduqca ciddi aparmalısınız. Çünki istənilən xırda zarafat münaqişəyə səbəb ola bilər. İmkanlı adamlar vasitəsilə problemlərinizi aradan qaldırmağa çalışın.
TƏRƏZİ - Astroloji göstəricilər qismən gərgin gün yaşayacağınızı bəyan edir. Hər hansı mübahisəyə, riskli iş və sövdələşmələrə "yox" deməlisiniz. Günorta saatlarında xətakar insanlardan uzaq olun.
ƏQRƏB – Bəxtinizə təzadlı gün çıxıb. Belə ki, nahara qədər qarşılaşacağınız uğurlar sonrakı müddətdə tamamilə əks istiqamətə yönələ bilər. Odur ki, yalnız günün birinci yarısında aktiv olmalısınız.
OXATAN - Ümumi ovqatınız yüksək olduğundan xırda gərginliklər gözünüzə görünməyəcək. Amma mistik düşüncələrə də qapılmaq olmaz. Başınızın üstündə yalnız Tanrı qüdrətini hiss edin.
OĞLAQ - Qarşınızda duran vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. İndi nüfuzunuzu artırmaq üçün imkanlarınız genişdir. İşdən sonra yaxınlıqda yaşayan ünvanlara qonaq getmək olar.
SUTÖKƏN - Yaxşı olar ki, bütün vacib işlərinizi bu gün başa çatdırasınız. Ən azı ona görə ki, sonrakı günlərdə buna imkan tapmayacaqsınız. Özünüzü hər addımda bədxahlardan qorumağa çalışın.
BALIQLAR - Əgər maddi vəziyyətiniz imkan vermirsə, uzaq yola çıxmaq planınızı təxirə salın. Yoxsa səfər boyu gərginlik sizdən əl çəkməyəcək. Şəxsi büdcənizin qayğısına qalmağa çalışın.
-
Nida Xəbər 13:42Daha bir icra hakimiyyətində kütləvi ixtisar - 54 nəfər işdən çıxarıldı
-
Dünya11:54Dünya belə xilas edildi: 10 nüvə bombası hazırlanırmış - İranla bağlı şok detallar
-
Nida Xəbər 11:12Bu şəxslər ömürlük pensiya ALACAQ - Ali Məhkəmə qərar verdi
-
Dünya10:12İran müharibəsi bu ölkənin əhalisini sevindirdi: 4 günlük iş həftəsinə keçdilər
-
Sosial09:48Dünya od tutub yanacaq: Görünməmiş istilər gəlir - Alimlər tarixi açıqladı
-
Region09:24İsraildən Müctəba Xamenei açıqlaması: Mütləq ovlayacağıq
-
Region09:00İranın atom elektrik stansiyası hədəfdə - Reaktiv mərmi düşdü
-
MDB08:00Krasnodarda güclü partlayışların ikinci dalğası başladı






































