MDB
Zaxarova NATO-nu məşhur kino obrazı ilə ələ saldı: "Mən belə ziddiyyətliyəm..."
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Şimali Atlantika Alyansını (NATO) hədəf alan növbəti ironik bəyanatı ilə gündəmə gəlib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, diplomat "Sputnik" radiosunun efirində NATO-nun davranışlarını 1982-ci ildə çəkilən məşhur sovet filmi "Pokrovski darvazası"ndakı Anna Adamovna obrazı ilə müqayisə edib.
Zaxarova bildirib ki, Alyans üzvləri tez-tez Rusiyanı "proqnozlaşdırıla bilməyən" hərəkətlərdə ittiham edirlər. Lakin o, NATO-nun özünün qeyri-stabil olduğunu vurğulayıb:
"Sual vermək istəyirəm: onlar ümumiyyətlə özləri üçün nə dərəcədə proqnozlaşdırıla biləndirlər? "Pokrovski darvazası" filmini xatırlayırsınız? Orada qəhrəman deyirdi: "Mən belə yöndəmsizəm, belə ziddiyyətliyəm!". Bax, burada da eyni vəziyyətdir!"
Diplomatın sözlərinə görə, NATO ölkələri ilk növbədə başqaları üçün deyil, məhz özləri üçün qeyri-müəyyəndirlər.
Zaxarova əlavə edib ki, digər dövlətlər artıq Alyansın addımlarındakı variantları hesablamağı və onları müəyyən etməyi çoxdan öyrəniblər.
Adəm
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq





































.jpg)
