ABŞ
"Şahed"in Amerika versiyası: ABŞ İranı onun silahı ilə vuracaq
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hərbi sənayedə böyük səs-küyə səbəb olacaq addım atmağa hazırlaşır. Birləşmiş Ştatlar İranın məşhur "Şahed" tipli dronlarının əsasında yaradılan "LUCAS" zərbə PUA-larının kütləvi istehsalına başlayır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin tədqiqat və mühəndislik üzrə müavini Emil Maykl "Bloomberg"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsas məqsəd bu dronların ABŞ-da sürətli və kütləvi istehsalını təmin etməkdir. Pentaqon mütəxəssisləri hesab edir ki, bu texnologiya Birləşmiş Ştatlar ordusunun arsenalında "faydalı alətə" çevriləcək.
Agentliyin yaydığı digər sensasiyalı məlumata görə, bu sistemlərlə təchiz edilmiş bölmələr hələ İrana qarşı hərbi əməliyyatlar başlamazdan əvvəl Yaxın Şərqə göndərilib.
Qeyd edək ki, bir ədədinin qiyməti təxminən 55 min dollar olan bu dronlar, milyonlarla dollar dəyərindəki bahalı qanadlı raketləri qismən əvəz edəcək. "SpektreWorks" şirkəti tərəfindən hazırlanan "kamikadze" dronların uçuş məsafəsi 400 dəniz milini (təxminən 740 km) keçə bilir.
Adəm
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)




















.jpg)
.jpg)