Qoroskop
Onları idarə etmək çətindir - Azad ruhlu 5 bürc
Astrologiyaya görə, bəzi bürclər azadlığına düşkündürlər və müstəqil qərarlar verməyi sevirlər. Onlar məhdudlaşdırılmağı əsla xoşlamırlar.
Publika.az həmin bürcləri təqdim edir:
Dolça
Öz qaydaları ilə yaşamağı sevirlər. Ənənəvi düşüncələrə bağlı qalmağı xoşlamır, fərdiliyinə və şəxsi sərhədinə böyük əhəmiyyət verir.
Oxatan
Azadlığı macəra və yeni təcrübələrlə əlaqələndirirlər. Səyahət etməyi, yeni yerlər və mədəniyyətlər kəşf etməyi sevirlər. Qayda və təzyiq olan mühitlərdən uzaqlaşmağa meyllidirlər.
Qoç
Onlar müstəqilliyindən asanlıqla güzəştə getmirlər. Başqalarının yönləndirməsi ilə deyil, öz qərarları ilə hərəkət etməyə üstünlük verir və daim nə etməli olduğunu deyən insanları sevmirlər.
Şir
Həyatına özü yön vermək istəyir. Özünəinamı yüksək olan Şirlər başqalarının təzyiqi altında qalmağı xoşlamır və müstəqil hərəkət etməyə üstünlük verirlər.
Tərəzi
Münasibətlərində harmoniya axtarsa da, şəxsi sərhədlərindən və azadlıqlarından vaz keçmək istəmirlər. Öz fikirlərini sərbəst ifadə etmək və qərarlarda söz sahibi olmaq onlar üçün vacibdir.
Müəllif: Roza
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı




































