Qoroskop
40 yaşdan sonra taleləri dəyişir: Bu 3 bürcü böyük dönüş gözləyir
Astrologiyaya görə, bəzi bürclər 40 yaşdan sonra həyatlarında ciddi dəyişikliklər etməyə daha meyilli olurlar. İllərin gətirdiyi təcrübə və nə istədiklərini daha yaxşı anlamaları onları karyeradan şəxsi həyata qədər bir çox sahədə yeni qərarlar verməyə sövq edir.
Publika.az həmin bürcləri təqdim edir:
Dolça
Dolçalar 40 yaşdan sonra ətrafdakı insanların onlar haqqında nə düşündüyünə əvvəlki qədər əhəmiyyət vermirlər. Bu dövrdə uzun müddətdir təxirə saldıqları qərarları həyata keçirmək, karyera dəyişmək, başqa şəhərə köçmək və ya illərdir arzuladıqları bir işin arxasınca getmək istəyə bilərlər.
Oğlaq
Oğlaqlar həyatlarının ilk mərhələsində karyera, uğur və maddi sabitliyə böyük önəm verirlər. Lakin 40 yaşdan sonra illərlə qurduqları həyat tərzini yenidən nəzərdən keçirə bilərlər. Öz biznesini qurmaq, korporativ həyatdan uzaqlaşmaq, təcrübəsini başqa sahəyə yönəltmək və ya ailəsinə daha çox vaxt ayırmaq istəyə bilərlər.
Buğa
Buğalar sabitliyi və öyrəşdikləri həyat tərzini qorumağı sevirlər. Buna görə onların 40 yaşdan sonra etdiyi dəyişikliklər daha diqqətçəkən ola bilər. Uzun müddət narazı olduğu həyatın artıq ona təhlükəsizlik və xoşbəxtlik vermədiyini anlayan Buğa köklü qərar qəbul edə bilər. Həyat tərzini yeniləmək, maddi vəziyyətini yenidən qurmaq və ya münasibətlərində yeni səhifə açmaq mümkündür.
Müəllif: Roza
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır



































