Region
Ərdoğanla Putin İstanbulda dünyaya MEYDAN OXUDU
Türkiyəyə səfər edən Rusiya prezidenti Vladimir Putinlə
prezident Rəcəb Tayyip Ərdoğan görüşüb.
Publika.az xəbər verir ki, Putinlə Ərdoğan “Türk axını”
layihəsinin dəniz hissəsinin tamamlanması mərasimində iştirak
ediblər.
Ərdoğan mərasimdə çıxışı zamanı bildirib ki, “Türk axını” layihəsi
iki ölkə arasındakı münasibətlər fonunda tarixi bir addımdır.
“Bu layihə ilə həm özümüzün, həm də Avropanın təbii qaz ehtiyacını
təmin edəcəyik. Biz Rusiya ilə münasibətlərimizi digər ölkələrin
istəyinə uyğun qurmadıq. Həm bölgədə, həm də qlobal sahədə sülhün
və sabitliyin təmin edilməsi üçün rus dostlarımızla çox çalışdıq.
Xüsusilə Suriyada bunun bəhrəsini gördük. Hazırda “Akkuyu” Atom
Elektrik Stansiyası layihəsini də Rusiya ilə həyata keçirik”, -
Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, əsas hədəf iki ölkə arasındakı ticarət
dövriyyəsini 100 milyard dollara çatdırmaqdır.
Putin çıxış edib ki, Rusiyanın Çinlə ticarət dövriyyəsi 100 milyard
dollar həcmindədirsə, niyə Türkiyə ilə də olmasın.
“Türk axını” layihəsinin 2016-cı ilin 10 oktyabrında təməli
atılmışdı. Bu layihənin adını hörmətli Ərdoğan vermişdi. 2-3 il
sonra layihənin ən çətin qismini tamamladıq”, - deyə Putin iki
ölkənin inkişaf edən münasibətlərindən danışıb.
Asif
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Avropa09:39Məşhur professordan şok iddia: "Avropalılar danışıqlar prosesini pozacaqlar!"
-
İdman09:10Məşhur qapıçı niyə ömürlük şikəst qalıb? - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO

























.jpg)







.jpg)

.jpg)