Region
Türkiyədən ABŞ-ı silkələyən həmlə: O İŞ TAMAM – Əsl müharibə İNDİ BAŞLAYIR
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmkarı Mayk Pompeo ilə görüşüb.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Çavuşoğlu Rusiyadan alınması nəzərdə tutulan “S-400” zenit-raket kompleksləri ilə bağlı danışıb.
Türkiyənin xarici işlər naziri Pompeo ilə “S-400”-lər barədə danışdığını deyib.
“Rusiya ilə razılaşma tamamlanıb, onu ləğv edə bilmərik. Amma hava məkanımızın müdafiəsinə daha çox ehtiyac var, onu müttəfiqlərimizdən almaq istəyərdik”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı qeyd edib.

Qeyd edək ki, Çavuşoğlu əvvəlki şərhində, “S-400”-ləri aldıqlarını və bu məsələdə nöqtənin qoyulduğunu bildirmişdi:
“Bundan sonra bu məsələnin müzakirəsi olmayacaq. Təcili ehtiyacımız var idi, aldıq. Müttəfiqlərimiz satsaydılar, onlardan alardıq. Satmadıqları bir yana, zamanında sərhədlərimizdəki zenit-raket batereyalarını belə geri çəkdilər. Bir sözlə, hava məkanımızı qorumaq məcburiyyətindəyik. Özümüzü, millətimizi və torpağımızı qorumaq bizim əsl vəzifəmizdir”.
Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon ötən gün verdiyi açıqlamada bildirib ki, Türkiyəyə “S-400” zenit-raket sisteminlərinə alternativ olaraq nə təklif ediləcəyi mövzusunda Konqreslə müzakirələr davam edir.
“Noyabrın 9-da Konqresə Türkiyə ilə əməkdaşlığımıza dair hesabatı təqdim etdik. Hesabatda Türkiyə ilə əlaqələrimizə hərtərəfli baxılmasının vacib olduğu ifadə edilir. Türkiyə ilə “S-400”-ə alternativlər mövzusunda diplomatik danışıqlar aparırıq. Konqres isə “S-400”-lərə alternativ tapmağa kömək edir”, - o deyib.
Pentaqonun sözçüsü həmçinin, “S-400”-lərin alınması halında, Türkiyəni “ciddi nəticələr”lə təhdid edib.
Qeyd edək ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya “S-400” zenit-raket kompleksləri üzrə kredit razılaşması imzalayıb. Ankara komplekslərin iki batareyasını alacaq. Tərəflər həmçinin, Türkiyədə “S-400”-lərin istehsalının inkişafında texnologiya əməkdaşlığı haqqında razılaşıb. ABŞ və NATO nümayəndələri bu sazişə görə Ankaranı dəfələrlə tənqid edib.
Türkiyənin müdafiə naziri Hulusi Akar ötən ay bildirib ki, “S-400” zenit-raket komplekslərinin quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanılacaq.
“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq. Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək, orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə başlayacaq”, - Akar deyib.
Ömər Dağlı
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…












.jpg)


.jpg)





















