Region
ABŞ-da MÜHARİBƏ ELANI sayılacaq: Türkiyənin də aralarında olduğu 8 ölkə ANLAŞDI
D8 ölkələri milli valyutalar üzərindən birgə istifadə ediləcək bir kart üzərində işləyirlər.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda təşkilatın baş katibi Ku Cəfər Ku Şaari bildirib.
Onun sözlərinə görə, təşkilata üzv ölkələr “D8 ödəniş kartı” ilə milli valyutalarda heç bir dəyər itirmədən ticarət edə biləcəklər. Baş katib hazırda bir texnologiya şirkəti ilə danışıqların aparıldığını deyib.
“Gələcəkdə ortaq valyuta ola bilər, amma öz milli valyutalarımızı 8 ölkə arasında hər hansı bir problem olmadan tezliklə istifadə etməliyik. Türkiyədən Malayziyaya getdiniz və əlinizdə “D8 ödəniş kartı” var, lirənizi hər hansı valyutaya və ya dollara çevirmədən, hər hansı dəyər itirmədən ticarətinizi edə bilərsiniz”, - o vurğulayıb.
Qeyd edək ki, D8 İqtisadi Əməkdaşlıq Təşkilatı 8 müsəlman dövlətindən ibarət təşkilatdır. D8 Türkiyənin baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 22 oktyabr 1996-cı ildə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransı ilə qurulub.
Təşkilatın təsis bəyanatında səkkiz ölkənin əməkdaşlıq sahələri kimi ticarət, sənaye, rabitə, informasiya, maliyyə, bank fəaliyyəti, özəlləşdirmə, infrastruktur layihələri, elm, texnologiya, yoxsulluqla mübarizə, insan ehtiyatlarının inkişafı, kənd təsərrrüfatı, enerji, ətraf mühitin mühafizəsi, tibb, turizm, mədəniyyət və idman sahələri var.
Ömər Dağlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
























.jpg)










.jpg)

.jpg)