Region
Rəfsəncaninin qızı İranla bağlı ŞOK SİRLƏRİ AÇDI: "Çox az qalıb..." - FOTO
“İslam respublikası sistemi, məzmun baxımdan daxildən çöküb. Bunu hər yerdə görmək mümkündür. Hərçənd ki, bu çökmə hələlik onun strukturunda baş verməyib. Bu da ona görədir ki, insanlar islam respublikasından sonra kimin hakimiyyətə gələcəyindən narahatdırlar”.
Publika.az xəbər verir ki, bu sözləri İran parlamentinin sabiq deputatı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi deyib.

O, İranın “Müstəqil” qəzetinə müsahibəsində ölkəyə hakim rejimin sosial bazasını itirməsindən və onun strukturunda əmələ gələn çatlardan danışıb.
Haşimi bildirib ki, sistem daxildən çöksə də, ölkədə aparılan repressiya siyasətinə görə güclə də olsa, özünün zahiri simasını qoruyub saxlayır: “Hesab edirəm ki, ölkəyə hakim olan bu sistem, artıq öz içindən dağılıb. Bircə onun zahiri və fiziki çöküşü qalıb. Çox ehtimal ki, o da baş verəcək. Bütün bunlara baxmayaraq, hazırda hakimiyyətin bünövrəsi möhkəmdir. Bu isə əsasən, ölkəyə hakim olan qorxu və dəhşət hissi və atmosferinə görədir.
Bu gün, islam respublikası hakimiyyəti 2009-cu ildə olduğu kimi küçəyə axışan etirazçılarla zorakılıqla davranmır. Lakin bununla belə, məhkəmələrdə çoxlu insanlara cinayət işi açılır, insanlar dəstə-dəstə işdən çıxarılır, təhsildən məhrum edilirlər. Hazırda cəmiyyətdə elə bir təbəqə tapmaq olmaz ki, ona mənsub fəallar zindanda olmasınlar. Fəhlə fəallarından tutmuş, müəllimlərə qədər, yük maşını sürücülərindən tutmuş, tələbələrlə ətraf mühit və qadın hüquq müdafiəçilərinə qədər. Ya həbsdə saxlanılırlar, ya da barələrində çıxarılan həbslə bağlı hökmün icrasını gözləyirlər. Bütün bu təzyiqlər də yuxarıdan tətbiq edilir.
Hazırda hara baxırsan, hər yerdə səriştəsizliyin şahidi olursan. Hər şey öz başına buraxılıb. Ölkədə yaşanan problemlərin həlli üçün heç bir tədbir görülmür, görülsə də, vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşir. Təəssüflər olsun ki, perspektivdə yaxşılığa doğru heç nə görünmür”.
Zümrüd
-
Avropa21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin221:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR






































