Region
Türkiyəyə hücum üçün ORDU QURULUB: 2023-cü ildə.. – ABŞ-dan ŞOK PLAN
ABŞ İŞİD təhdidi bəhanəsiylə yerləşdiyi Suriyada “çəkilmə səhnəsi” təşkil edərək PKK/PYD-YPG terror təşkilatına yüz milyonlarla dollar yardım etməkdə davam edir.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2020-ci il büdcəsində əsas hissəsi PKK/PYD-YPG-dən ibarət olan “Suriya Demokratik Gücləri”nə (SDG) 300 milyon dollarlıq büdcə ayırıb.

Bundan başqa, “Anti-İŞİD missiyasına bağlı sərhəd təhlükəsizlik ehtiyacları” üçün 250 milyon dollar xərclənəcək. 2018-2020-ci illərdə terror təşkilatı üçün 1 milyard 600 milyon dollar ayrılıb, 23 min TIR silah və hərbi avadanlıq verilib. 2023-ci ildə bu rəqəmin 2 milyard 200 milyon dollara çatacağı bildirilir.
Sözügedən yardımlarla güclənən PKK/PYD ABŞ-ın müttəfiqi Türkiyəyə qarşı hücumlar edir. Təşkilatın Türkiyəyə hücumları nəticəsində çoxlu sayda hərbi qulluqçu və mülki vətəndaş həyatını itirib. Bu hücumların böyük hissəsi Suriyadan Türkiyəyə girən terrorçular tərəfindən həyata keçirilib.

Nəşrin yazdığına görə, ABŞ-a aid olduğu bildirilən və üzəri örtülən 200 avtomobildən ibarət hərbi kolon ötən gecə Türkiyənin Nusaybin mahalı ilə həmsərhəd olan Haseke əyalətinin Qamışlı mahalından keçərkən görüntülənib. Kolon Suriyanın daxili bölgələrinə irəliləyərək gözdən itib.

“Terror təşkilatını dəstəkləyən ABŞ beynəlxalq hüquqa zidd siyasət yürüdür. Türkiyə müttəfiqi olan ABŞ-ı illərdir ki, RYD/YPG mövzusunda xəbərdar edir. ABŞ 2015-ci ildən Suriyada terror təşkilatını silahlandırır, ona təlim keçir. ABŞ Suriyada İŞİD yalanı ilə terrorçulardan ordu qurub”, - nəşr qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
