Region
Ərdən arvadına qarşı BİABIRÇI HƏRƏKƏT: 5 kişiyə satdı, sonra...
Türkiyənin Antalya şəhərində yaşayan bir qadın həyat yoldaşı tərəfindən satılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, son iki il ərzində qadın bir neçə dəfə satılıb.
Bu dəhşətli hadisə qadının şikayətçi olmasından sonra açıqlanıb.
Belə ki, iki uşaq anası M.G. adlı qadını iki il əvvəl əri İ.Ö. adlı birinə satıb. Bir müddət sonra uşaqlarına baxa bilmədiyini deyən qadının əlindən alınan uşaqlar dövlət müəssisəsinə yerləşdirilib. Daha sonra İ.Ö. onu pul qarşılığında Ö.D. adlı birinə satıb. Ö.D. qadını H.S.-yə, H.S. isə K.Y.-yə satıb. M.G.-nın birlikdə yaşadığı K.Y.-dən bir övladı dünyaya gəlib.
Qadın 2017-ci ildən pul qarşılığında bir neçə dəfə satılması iddiası ilə məhkəməyə müraciət edib. Bundan sonra polis adıçəkilən 4 nəfəri də saxlayıb. Həmin şəxslər isə qadının əqli qüsurlu olduğunu deyib. Lakin həkim müayinəsindən sonra onun tam sağlam olduğu müəyyən edilib.
Məhkəmə insan alveri ilə məşğul olduqlarına görə həmin şəxslərdən 3-ü barəsində həbs qərarı verib. H.S. isə sərbəst buraxılıb. M.G. 6 aylıq övladı ilə birlikdə dövlət himayəsinə verilib.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq











.jpg)





.jpg)
.jpg)


















