Region
İran Britaniyadakı səfirini geri çağırdı
İran Oman körfəzində neft tankerlərinə hücumlarla əlaqədar onun ünvanına səsləndirilən ittihamlara görə Böyük Britaniyadakı səfirini geri çağırıb.
Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.
Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ceremi Hant Oman körfəzində tankerlərə hücumda İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) ittiham edib. O bildirib ki, İran daha əvvəllər də neft tankerlərinə hücumları edirdi.
İranda belə mövqeyi qəbuledilməz adlandırıblar.
Qeyd edək ki, iyunun 13-də Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.
“Front Altair Tayvanın “CPC Corp” dövlət şirkəti üçün sifarişi yerinə yetirirdi və 75 min ton neft daşıyırdı. İkinci tanker isə yapon şirkətinə aiddir. O metanol daşıyırdı.
Daha əvvəl ABŞ Oman körfəzinə neft tankerlərinə görə hücumlarda İranı ittiham edib. Vaşinton sübutların, hətta onlarda bunu təsdiq edən videonun olduğunu iddia edir.
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”



























.webp)









