Region
Türkiyə ABŞ-ın qarşısına elə tələblər qoydu ki... - SON XƏBƏRDARLIQ
Türkiyənin müdafiə naziri Hulusi Akarla amerikalı həmkarı Mark Esper arasında telefon söhbəti olub.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazirlər Suriyada Fərat çayının şərqi və bu ölkənin şimalında təhlükəsiz bölgənin yaradılması mövzularını müzakirə ediblər.
Türkiyənin Müdafiə Nazirliyindən verilən məlumata görə, Akar Ankaranın ABŞ-ın PKK/YPG terror təşkilatına dəstəyinin tamamilə dayandırılmalı olduğunu, Türkiyənin cənubunda bir terror dəhlizinin qurulmasına icazə verilməyəcəyini, Türkiyənin təhlükəsiz bölgədə nəzarəti təmin edə biləcək tək güc olduğunu, təhlükəsiz bölgədə olan YPG/PKK-dan bütün silahların toplanmalı olduğunu, PKK/YPG-nin təhlükəsiz bölgədən tamamilə çıxarılmalı olduğunu, təhlükəsiz zonanın 30-40 kilometr dərinlikdə qurulmalı olduğunu, PKK/YPG tərəfindən bölgə inşa edilən bütün tunellər və istehkamların məhv edilməsinin vacibliyini həmkarının diqqətinə çatdırıb.
Hulusi Akar Pentaqonun başçısına bildirib ki, təhlükəsiz zonanın yaradılması mövzusunda ABŞ-la razılıq əldə edilməsə, bunu Türkiyə təkbaşına edəcək.
Telefon danışığında həmçinin, F-35 proqramı ətrafındakı vəziyyət müzakirə edilib. Hulusi Akar Türkiyənin qırıcıların yalnız müştərisi olmadığını, eyni zamanda sərmayəçisi və ortağı olduğunu, F-35 layihəsinin öz yolunda irəliləməsinin vacibliyini xatırladıb.
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi






























.png)


.jpg)




