Region
İran necə cəzalandırılacaq? – ABŞ-ın QORXUNC SSENARİSİ
Gün kimi aydındır ki, Səudiyyə Ərəbistanındakı neft zavodlarına edilən hücumun arxasında İran durur.
Bu sözləri Axar.az-a ABŞ Qulf Analitik Mərkəzinin eksperti doktor Teodor Karasik Ərəbistanın neft zavodlarına PUA hücumunu şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, açar binaların xüsusi dəqiqliklə hədəf alınması bunu İranın etdiyinə şübhə yeri qoymur:
“Bu, Səudiyyə Ərəbistanının neft hasilatına qarşı açıq və on illərdir bir sıra analitik və mütəxəssislərin ssenarisini yazdığı bir hücumdur. İran bu addımı ilə öz hücum imkanlarını ortaya qoydu və hər hansı bir hava hücumundan müdafiə sistemlərini blokladı”.
Ekspert qeyd edib ki, baş verən hadisə hər kəsin enerji maraqlarına zərbədir:
“ABŞ hazırda neft bazarında mükəmməl mövqeyə sahib olmasına baxmayaraq, əsas təsir ABŞ-ın müttəfiqlərinin, xüsusilə də Şərqi Asiyadakı müttəfiqlərinin üzərinə düşür”.
ABŞ-ın verəcəyi cavaba gəldikdə isə T.Karasik qüeyd edib ki, bu, daha yüksək təzyiq taktikaları ilə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun hədəflərinə qarşı potensial cəzalandırıcı zərbə tədbirləri də daxil olmaqla, diplomatik təzyiqlər toplusu olacaq:
“Baş verən hadisənin ciddiyyəti onu göstərir ki, baş verən bu hadisə nə olursa olsun, cavabsız qala bilməz”.
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”



























.webp)









