Region
SON DƏQİQƏ: İranın təyyarəni nə üçün vurduğu AÇIQLANDI - ŞOK/VİDEO
İranın hava hücumundan müdafiə kompleksləri Ukraynaya aid “Boeing 737” sərnişin təyyarəsini kruiz raketi hesab etdiyi üçün vurub.
Publika.az xəbər verir ki, bunu İran ordusunun Baş qərargahı yazılı şəkildə açıqlayıb.
Bildirilib ki, ABŞ-ın İraqdakı hərbi bazalarına təşkil edilən hücumdan sonra atılan hərbi addımların qəzaya uğrayan təyyarəyə təsiri ola biləcəyi ehtimalına qarşı mütəxəssislərdən ibarət heyət təşkil edilib. ABŞ prezidenti və ordusunun hücuma cavab olaraq İrandakı bir çox hərbi mövqeyi hədəf ala biləcəklərinə dair təhdid açıqlamaları və bölgədə yaşanan fövqəladə avia-hərəkətlilikdən sonra İran Silahlı Qüvvələri də potensial təhlükələrə qarşı həmin anda cavab verə bilmək üçün yüksək səviyyədə döyüş hazırlığı vəziyyətinə keçib. İraqa hücumdan sonra ABŞ-ın döyüş təyyarələri İran ətrafındakı uçuşlarını intensivləşdirib və ölkənin strateji yerlərinə hücum ediləcəyi bilgisi müdafiə qoşunlarına çatdırılıb. Bundan sonra bir çox hədəf radiolakasiyada görülüb və ölkənin hava hücumundan müdafiə sistemləri həssaslaşdırılıb.
"Ukrayna Hava Yollarına aid 752 səfər saylı təyyarə İmam Xomeyni Hava limanından hərəkət edib. Təyyarə dönəcəyi anda İran İnqilab Keşikçiləri Korpusunun həssas hərbi nöqtəsinin hava məkanından keçib. Onun mərkəzə yaxınlaşması düşməncə hücum edəcək formada olub. Bu səbəbdən insan xətası ucbatından və məqsədli şəkildə olmayaraq hədəf alınıb”, - açıqlamada deyilir.
Baş qərargah ölənlərin ailələrindən üzr istəyib və bildirib ki, məsul şəxslərlə bağlı cinayət işi açılacaq.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə “Boeing 737” sərnişin təyyarəsini hava hücumu tərəfindən kruiz raketi kimi tanıdığını təsdiq edib.
Qeyd edək ki, “Boeing 737” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində içindəki 167 sərnişin və 9 ekipaj üzvü həlak olub.
Zümrüd
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi



































.jpg)


