Region
İran ən dəhşətli günlərini yaşayır - Vitse-prezidentdən şok etiraflar
“İran 1979-cu ildəki inqilabdan bu yana ən çətin günlərini yaşayır”.
Publika.az xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İsaq Cahangiri deyib.
![]()
İRNA-nın xəbərinə görə, vitse-prezident sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatının ildönümü münasibətilə Tehranda təşkil olunan anım mərasimində çıxış edib.
Cahangiri bildirib ki, Ukrayna təyyarəsinin Tehranda vurulmasının xalqda yol açdığı etibarsızlığı kompensasiya etmək lazımdır: “Heç vaxt şərtlər bu qədər çətinləşməyib. Xalqın etibarının azaldığı bir dövrdəyik. Güvən hissini bərpa etmək üçün məsuliyyət daşımalı və xətaları düzəltməliyik. Bütün məsələlər doğru şəkildə xalqa çatdırılmalıdır. Prokurorluq məsuliyyət daşıyan hər kəs haqqında lazımi addımları atmalı və nəticələri ictimaiyyətlə bölüşməlidir”.
Qeyd edək ki, Ukrayna təyyarəsinin Tehranda raketlə vurulması ölkədə etiraz aksiyalarının başlanmasına səbəb olub. Həmin aksiyalarda sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi də iştirak etmiş və polis tərəfindən saxlanılmışdı.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
