Region
Dünyanın gözü ORA DİKİLDİ: sülh, yoxsa müharibə? - Saatlar sonra QƏRAR VERİLƏCƏK
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonda söhbət edəcək.
Publika.az xəbər verir ki, telefon danışığı bu gün Türkiyə vaxtilə saat 18:00-da baş tutacaq.
Məsələ ilə bağlı açıqlama verən prezident bildirib ki, danışığın əsas mövzusu İdlib şəhərindəki son vəziyyət olacaq.
"Şiddətli döyüşlər davam edir. Müxaliflərlə rejim arasında gedən atışmada 2 şəhidimiz var. Cavabında 150 rejim ünsürü zərərsizləşdirildi. Çox sayda avtomobil məhv edildi. Son rəqəmlər: 12 tank, 3 zirehli döyüş maşını, 14 top, 2 silahlı pikap. Mübarizəmiz davam edir. Axşamkı söhbətimiz mövqeyimizi müəyyən edəcək. İdlib xalqına zülmə son verilmədiyi müddətcə bizim oradan geri çəkilməyimiz müzakirə mövzusu belə deyil. Burada bu zülm dayanacaq. 1 milyona yaxın insan sərhədimizə köç edir. Biz bu insanları hara yerləşdirəcəyik?”, - Ərdoğan bildirib.
Liviyanın qiyamçı generalı Xəlifə Haftar haqqında danışan türk lider onu “maaşlı legioner” adlandırıb: “Qanuni biri deyil, illeqaldır. Qanuni lider Sərracdır. Liviya xalqı ilə 500 illik dostluğumuz var”.
Zümrüd
-
Nida Xəbər 10:36Braziliya səfiri: "Azərbaycanın gələcəyi etibarlı əllərdədir!"
-
Nida Xəbər 10:20Milli Məclis: Azərbaycana qarşı koordinasiyalı informasiya hücumu aparılır
-
Səhiyyə09:40Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür
-
İnanc09:21ABŞ-a baqajda gizlənərək gəlmişdi, yeparxiya rəhbəri təyin edildi
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...






.jpg)




















.png)

.jpg)






