Region
Putin yüz minlərlə azərbaycanlının həlak olduğu hadisədən danışdı: “Bizim üçün müqəddəsdir”
Bu gün Rusiyada Böyük Vətən müharibəsinin 79-cu ildönümü qeyd olunur.
Publika.az xəbər verir ki, 22 iyun 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumu ilə başlayan müharibədə 27 milyon insan həlak olub.
Rusiya Prezidenti Vladimir Putin anım günü münasibətilə Rusiya ordusunun Moskva bölgəsindəki əsas katedralı olan “İsanın dirilişi”ni ziyarət edib. Rus lider “Xatirə yolu” muzey kompleksindəki çıxışında hazırda ölkənin təhlükəsizliyinin əksiksiz təmin olunduğunu bildirib.
Cəsarət, fədakarlıq, şərəf və vətənə sonsuz məhəbbəti əsgərliyin əsas ünsürləri adlandıran Putin bunların Rusiya ordusunun əsrlərdir sadiq qaldığı dəyərlər olduğunu ifadə edib: “Rusiya vətəndaşları üçün Böyük Vətən müharibəsinin, zəfər yolunda var gücü ilə savaşan və ölən hər kəsin xatirəsi müqəddəsdir”.
Qeyd edək ki, Böyük Vətən müharibəsində həlak olanların 300 mindən çoxu azərbaycanlı olub. Müharibə başladıqdan qısa müddət sonra Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilib. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə gedib.
Zümrüd
-
Dünya11:12Kanadada oğurlanan 4798 avtomobil Rusiyada tapıldı: Qaçaqmalçıların ağlasığmaz əməliyyatı
-
Elm və təhsil10:18Bu müəllimlərin maaşı arta bilər
-
Region09:18Kremldən Paşinyanla bağlı açıqlama: Yaxın gələcəkdə...
-
Sosial09:00Paytaxtın və iki rayonun bəzi əraziləri işıqsız qalacaq
-
ABŞ08:48Bu adada “çimərlik açarları” yüz minlərlə dollara satılır - Bura iki məşhur ailə “əl qoyub”
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Bu günün havası
-
Magazin206:16“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”
-
İdman05:15İkiqat Azərbaycan çempionu 52 yaşında vəfat etdi











.jpg)
















.jpg)





.png)




