Region
Məhkəmə Köçəryanın oğlunu həbsdə saxladı
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın məhkəməyəqədərki həbs müddətini uzadıb.
Publika.az xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib.
"Məhkəmə Köçəryanı iki ay müddətinə həbsdə saxladı. Məhkəmə sisteminə edilən təzyiq nəzərə alınmaqla, bu məqamda başqa bir şey gözləmək çətin idi", - deyə o, jurnalistlərə bildirib.
Vəkilin sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından mütləq apelyasiya şikayəti verəcək.
Xatırladaq ki, Sedrak Köçəryan 25 avqust 2026-cı ildə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən aparılan cinayət istintaqının bir hissəsi olaraq həbs edilib. O, 26 avqustda iki ay müddətinə həbs edilib. Köçəryan külli miqdarda çirkli pulların yuyulması, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvətxorluğa kömək etmək və təhrik etməkdə ittiham olunur.
Müəllif: Tural
-
Art05:15Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi oldu - FOTO
-
Magazin104:44Məşhur televiziya ulduzu vannada çılpaq poza verdi - FOTO
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO






































