Region
Azərbaycan və Türkiyənin düşmənlərinə verdiyi AÇIQ MESAJ: 102 il sonra... - VİDEO
Türkiyə ilə birgə hərbi təlimlər Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir.
Publika.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə açıqlamalarında azərbaycanlı hərbi ekspertlər deyib.
Bildirilib ki, Azərbaycanla Türkiyənin genişmiqyaslı hərbi təlimləri regional sabitliyi pozmağa çalışanlara və Azərbaycana qarşı işğal siyasəti həyata keçirmək istəyənlərə cavab məqsədi daşıyır.
Mütəxəssislərin fikrincə, iki ölkənin aviasiya və quru qüvvələrinin iştirakı ilə keçirilən təlimlər həm Azərbaycan Ordusunun döyüş qabiliyyətinin inkişafı baxımından önəm daşıyır, həm də Dağlıq Qarabağ və ətrafındakı rayonları işğal altında saxlayan Ermənistan ilə bu ölkəni dəstəkləyənlərə mesajdır.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov təlimlərin iki ölkəni sevən və sevməyən qüvvələr tərəfindən yaxından izlənildiyini deyib: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ATƏT-in Minsk Qrupu tərəfindən idarə edilir. Lakin Azərbaycan müzakirə müddətini sonsuza qədər uzatmaq niyyətində deyil. Problem qısa müddət ərzində ATƏT tərəfindən həll olunmasa, Azərbaycan beynəlxalq hüquqlardan irəli gələn öhdəliklərini yerinə yetirəcək və öz torpaqlarını işğaldan azad edəcək”.

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri və Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlu isə təlimlərin işğalçı Ermənistana yardım etmək həvəsində olanlara və təzyiqlə Azərbaycanı diz çökdürmək istəyənlərə cavab reaksiyası olduğunu bildirib: “12 iyul Tovuz hücumu sadəcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyini deyil, regional əməkdaşlıq və sabitlik, enerji xətlərinin təhlükəsizliyi, Türkiyə və Azərbaycanın birgə inşa etdiyi strateji layihələri də hədəf alırdı. Türk ordusu 1918-ci ildə Nuru paşanın gəldiyi kimi Azərbaycanda sevinc gözyaşları ilə qarşılandı”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
