Region
İran Süleymaninin qisasını bu amerikalıdan alacaq - ABŞ mətbuatı ŞOK DETALLARI yaydı
İran ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfirinə sui-qəsd cəhdini hazırlamaqda ittiham edilir.
Publika.az “Radio Sputnik”ə istinadən xəbər verir ki, bu iddia ABŞ-ın "Politico" nəşrində yayımlanıb.
Bildirilir ki, İran ABŞ ordusu tərəfindən sui-qəsdlə öldürülən İslam İnqilabı Keşikçiləri Korpusu “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymaninin qisasını bu yolla almaq istəyir.
Qəzet qeyd edir ki, Amerika rəsmiləri səfirə qarşı yaz aylarından bəri təhlükə olduğundan xəbərdardırlar.
Azərbaycanlı siyasi analitik Fərhad İbrahimov “Sputnik”ə müsahibəsində medianın yaydığı beynəlxalq qalmaqala səbəb ola biləcək bu məlumatı tənqid edib: “Həqiqətən bu baş verərsə, ölkələr arasında onsuz da mövcud olan ciddi gərginlik münasibətləri kəskinləşəcək. Bu məlumatın altında heç bir əsas görmürəm. Çünki bu iddianın əsasında hər hansı reallıq olsaydı, rəsmi Vaşinqton buna reaksiya verərdi. General Süleymani öldürüldükdən sonra ABŞ Prezidenti Donald Tramp İranın Amerikanın İraqdakı səfirliyinə və digər dörd əyalətə qarşı terror hücumu etmək istədiyini açıqladı, lakin bunu heç bir dəlillə möhkəmləndirmədi. Rəsmi Vaşinqton bu məlumatı təsdiqləsə, İranla ABŞ arasında münasibətlər daha da pisləşəcək. Amerikalılar bütün dünyaya İranın əməkdaşlıq qurulacaq bir ölkə olmadığını göstərmək istəyirlər".
Qeyd edək ki, rəsmi Tehran və Vaşinqton arasındakı münasibətlər ilin əvvəlində Amerika səfirliyinin bir neçə raket zərbəsinə məruz qalması ilə yenidən pisləşib. Silsilə hücumlar 3 yanvar gecəsində başlamışdı. ABŞ əsgərləri İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Təyinatlı Qüvvələrinin generalı Qasım Süleymanini sui-qəsdlə qətlə yetirmişdilər. 8 yanvar gecəsi İran buna cavab olaraq İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etmişdi.
Zümrüd
-
MDB22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
-
Sosial20:12İdarə rəisi işdən çıxarıldı
-
Magazin219:48Məşhur müğənni aparıcını yerə yıxıb təpiklədi - VİDEO
-
Sosial19:36Xocalının Ballıca kəndində toy: Doğma yurdda yeni həyat başlayır - FOTO
-
Dünya19:00Daşqın qurbanlarının sayı 700-ə yaxınlaşdı - 2500 nəfər itkindir(YENİLƏNDİ)
-
Art18:48Əməkdar artistin fotosu dərsliyə salındı - FOTO

























.webp)









.jpg)

.jpg)