Region
Ərdoğandan "Başakşehir" - PSJ matçında baş verənlərə SƏRT REAKSİYA
"Təmsilçimiz "Başakşehir"in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. İrqçiliyə yox".
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter" hesabında yazıb.
Bildirək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Sonra qarşılaşma təxirə salınıb.
Temsilcimiz Başakşehir’in teknik ekibinden Pierre Webo'ya karşı sarf edilen ırkçı sözleri şiddetle kınıyor, UEFA tarafından gereken adımların atılacağına inanıyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) December 8, 2020
Sporda ve hayatın tüm alanlarında ırkçılığa ve ayrımcılığa kayıtsız şartsız karşıyız. #Notoracism
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































