Region
Türkiyənin flaqmanı hazırdır - Analoqu olmayan döyüş gəmisi gəlir
Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olacaq və 2016-cı ildə təməli qoyulan “TCG Anadolu” gəmisinin işləri tamamlanıb.
Publika.az xəbər verir ki, iyul ayında sınaqları başlanan gəmi gələn il donanmanın arsenalına daxil ediləcək.

Türkiyədə bu günə qədər istehsal olunmuş ən böyük gəmi ünvanına sahib “TCG Anadolu” Çoxməqsədli Amfibiya Hücum Gəmisi kateqoriyasına daxildir.
Bu gəmi ilə Türkiyə dünyada öz döyüş gəmisini dizayn və istehsal edə bilən 10 ölkədən birinə çevriləcək.
Silahlı Qüvvələrin hərbi hərəkat və humanitar yardım əməliyyat qabiliyyətini artıracaq “TCG Anadolu” 232 metr uzunluq, 32 metr en, 58 metr hündürlüyündədir. Çəkisi 30 min tondur. 30 ədəd helikopter və PUA daşıya bilər.

Nəhəng gəmidə 11 müxtəlif göyərtə var. Gəmidə 165 kvadratmetr hovuz, 6 uçuş-enmə zolağı mövcuddur. Bir tabor ilə lazımi hərbi və dəstək vasitələrini əsas bazanın dəstəyi olmadan böhran bölgələrinə daşıya bilən gəmi bütün dənizlərdə üzə biləcək.
“TCG Anadolu”, bundan başqa, xəstəxana kimi də istifadə oluna bilər. Bunun üçün 30 yataq tutumu, rentgen cihazları, əməliyyatxanası, infeksion otaqlar, reanimasiya, yanıq və diş müalicələri bölmələri var.
Zümrüd
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Avropa09:57Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri - Təhlil
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI

























.jpg)







.jpg)

.jpg)