Region
Putinlə Jirinovski arasında ŞOK DİALOQ: Xristian dünyasında yetimik
Rusiya Prezidenti Putinlə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski arasında maraqlı dialoq yaşanıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Duma üzvü olan müxalifət liderlərilə telekonfrans formatında görüş keçirən Putin Jirinovskinin xarici müdaxilə məsələsi ilə bağlı söylədiklərinə kəskin cavab verib. Belə ki, Jirinovski 988-ci ildə Rusiyanın Bizans xristian yolunu qəbul etdiyini deyib:
"Əvvəl kilsələr birləşmişdi, sonra parçalanacağını bilmirdik. Sonra Şərqdən "barbarlar" (türklər nəzərdə tutulur - red.) gəldi, 1453-cü ildə Konstantinopolda (Konstantinopolun fəthi - red.) hər şey dağıldı. Biz katolik və ya protestant deyilik. Xristian dünyasında yetimik. Onların dünyasında tək qaldıq".
Putin isə öz növbəsində Jirinovskinin sözlərinə düzəliş edib:
"Əlbəttə, Türkiyə də daxil olmaqla, Şərq məsələsində yüksək bilikli bir mütəxəssisiniz. "Barbarlar" Şərqdən gəldi, ortodoksal imperiyanı məhv etdi" dediniz. Ancaq yaxşı bilirsiniz ki, "barbarlar" gəlməmişdən öncə Qərbdən səlibçilər gəldi, pravoslav imperatorluğunu zəiflətdi. Daha sonra son zərbə endirildi və ələ keçirildi. Bu tarixi hadisələri heç vaxt unutmamalıyıq".
Qeyd edək ki, Putin-Jirinovski dialoqunda vurğulanan "barbarlar" sözü həqiqət deyil, daha çox, nifrətin ifadəsidir. Bizans imperiyasında yaşanan səfalətli durum osmanlıların gəlişi ilə aradan qalxdı və sabit bir düzən formalaşdı. Müsəlmanlar daxil olmaqla, digər dinin nümayəndələri də uzun əsrlər boyunca sülh və rifah içərisində yaşadılar.
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir





















.png)














