Region
Ərdoğandan SƏRT MESAJ: "Əliqanlı qatillərə..."
"Ölkəmizin və bölgəmizin gələcəyində əliqanlı qatillər üçün yer yoxdur".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Amerikan Milli İdarəetmə Komitəsinin televiziya kanalının açılışı ilə əlaqədar keçirilən toplantıda çıxışı zamanı deyib.
Ölkə başçısı bildirib ki, qlobal sülh və sabitlik hədəfi ilə çalışan bütün ölkələrin terrorla mübarizədə ortaq zəmində görüşmələri, prinsipial olaraq terrorizmə qarşı hərəkət etmələri böyük əhəmiyyət daşıyır:
"Xüsusilə, keçən həftə 13 vətəndaşımızın şəhid olması ilə nəticələnən xain terror hücumundan sonra bütün müttəfiqlərimizdən dəqiq mövqe gözləyirik".
"Türkiyənin bu günə qədər olduğu kimi, bundan sonra da terrorla mübarizəni sərhədləri daxilində və xaricində qərarlı şəkildə davam etdirəcəyinin altını cızıram. Nə ölkəmizin, nə də bölgəmizin gələcəyində İŞİD-dan PKK-ya, FETÖ-dan YPG-yə kimi əliqanlı qatillərin heç birinə yer yoxdur", - Türkiyə lideri mesaj verib.
Hüseyn
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ

















.jpg)
















